İsaak Pintoseviçin “Varlan” kitabından 50 faydalı vərdiş Tarix : 28 Fevral 2020, 16:29
Yazar : Qadinkimi.com
Əziz oxucu, biznes təlimçisi İsaak Pintoseviçin "Varlan” kitabından 50 faydalı vərdişi sizinlə paylaşırıq.

1. Günə təbəssümlə başla. Heç nə təbəssüm qədər müsbət enerji vermir.

2. Yeməyə qədər və yeməkdən 1, 5 saat sonra bir stəkan su iç.

3. Qaçışa başla.

4. İçkidən və siqaretdən imtina et.

5. Növbəti gün görəcəyin işləri planlaşdır.

6. Hər gün meyvə - tərəvəz ye.

7. Pozitiv düşün.

8. Qamətini düz saxla, şax yeri.

9. Səhər idmanı et.

10. Yeməyinə diqqət et : gün ərzində 4 - 5 dəfə eyni vaxtda yemək ye.

11. Lifti unut. Pillələri özün qalx.

12. Səhərlər duş qəbul et, kofedən daha yaxşıdır.

13. Eyni vaxtda yatmağa və qalxmağa adət et.

14. Hər gün təmiz havada gəzintiyə çıx.

15. Növbəti gün üçün geyimlərini hazırla.

16. İldə bir dəfə tibbi müayinədən keç.

17. Ağlına gələn maraqlı və gərəkli fikirləri yaz.

18. Hər gün 1, 5 l təmiz su iç.

19. Yatandan əvvəl otağın havasını dəyiş.

20. Hər gün 15 dəqiqə otağı yığışdırmaqla məşğul ol.

21. Özünü bir az əzizlə: alış – veriş et, özünə qulluq et, ya dostlarınla filmə bax – bu müsbət enerjiylə yükləyir.

22. Yatandan əvvəl yuyun.

23. Ailə büdcəsinə bax. Xərclərə nəzarət et.

24. İşdən qayıdanda gözəl musiqi altında özünə istirahət ver.

25. Hər həftə hamama və ya saunaya get.

26. Nə yediyinə diqqət et. Fast food kimi yeməklərdən qaç.

27. Bir həftə vegetarian ol. Ət yemə. Bəlkə bəyəndin?

28. Klaviaturaya baxmadan yazmağı öyrən.

29. Dəqiq ol.

30. İnsanlara xoş sözlər de, xeyirxah ol.

31. Həftədə 2 – 3 dəfə bir saat idmanla məşğul ol.

32. Yaddaşınla məşq et: şeir əzbərlə, krassvordları yaz, şahmat oyna.

33. Hər gün xarici dildə 10 söz öyrən.

34. Hər gün ən azı 30 dəqiqə mütaliə et.

35. Sevdiyin adamlara, valideynlərinə zəng et.

36. Yoqa və nəfəsalma üsullarıyla məşğul ol.

37. Gündəlik tut, gündəlik işlərini və uğurlarını qeyd et.

38. Nitqinə diqqət et. Pis sözlər işlətmə. Gözəl və savadlı danış.

39. Maraqlı hadisələrin şəklini çək.

40. Göz idmanıyla məşğul ol.

41. Ağartılar – süd, kəsmik, kefir, qatıq yeməyi unutma.

42. Buğda çörəyi ilə qidalan.

43. Kompüter arxasında 2 saatdan artıq oturma.

44. Stolların üstünə soyuq su tök – möhkəmləndirir.

45. Hər gün xeyirxahlıq et.

46. Gərək olmayan şeyləri evdən çıxar.

47. Hər gün yeni nəsə öyrənməyə çalış.

48. Təbii meyvə şirələri iç.

49. İstirahət günlərini səmərəli keçir : təbiətdə ol, ekskursiyaya get, yeni görüntülərdən zövq al, yeni adamlarla ünsiyyət qur.

50. Ancaq yaxşı şeylər düşün. Unutma: arzulamaq həqiqətdən uzaqlaşmaq deyil, ona yaxınlaşmaqdır.
 

 
Çeviri: Aysel Əlizadə
qadinkimi.com