"Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar”.
"Report” xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr, onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”, - o bildirib.
*****
"Virusa qarşı olan bir neçə dərman preparatı var. Amma onların adlarının çəkilməsi onların kütləvi alınmasına səbəb olur. Halbuki dərmanların istifadəsi ciddi fəsadlar verə bilər”.
"Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, elə dərmanlar olur ki, onların tibb müəssisəsində istifadəsi belə risklidir: "Xəstəxanalarda istifadə olunan dərman sayı yetərlidir. Bir neçə dərman da sifariş verilib. Evdə müalicədə hansı dərmanlar istifadə oluna bilərsə, onlar xəstələrə veriləcək. Dərman qıtlığının qarşısını almaq üçün əczaçılıq şirkətləri qarşısında tələb və təkliflər qoyulub. Hər hansı xəstənin süni tənəffüs sisteminə qoşulmasında gecikmə qəti şəkildə yarana bilməz. Özəl müəssisələrlə əməkdaşlıq edilir. Bir sıra hallarda KT müayinəsi aparılır və evdə müalicə edilir. Bəzən xəstə boğulma ilə xəstəxanaya daxil olur. Ona görə bu işdə hər kəs həmrəy olmalıdır".
Ramin Bayramlı onu da vurğulayıb ki, "Bu gün xəstəxanalarda xəstələrə peşəkar xidmət göstərilir. Dövlət səhiyyə inkişafına kifayət qədər diqqət ayırır".
Bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində qeyd edib ki, fədakar həkimlərə təşəkkür etmək lazımdır və kifayət qədər peşəkar həkimlərimiz var.
"Qüsurları deyənlərə də minnətdarlığımızı bildiririk”
qadinkimi.com