YAZI / DÜŞÜNCƏ
Həddindən artıq xeyirxah olmayın Tarix : 24 Sentyabr 2024, 13:37
Bunun 4 səbəbi:
 

1. Sizə heç vaxt hörmət etməyəcəklər. Əgər daim güzəştə getsəniz, insanlar sizi zəif və özünə əmin olmayan bir insan kimi görməyə başlayacaqlar.
 

2. Sizdən daim faydalanacaqlar. Siz mehriban və güzəştə gedən olduqca insanlar istər-istəməz sizdən öz məqsədləri üçün istifadə etməyə başlayacaqlar.
 

3. Məqsədinizə çatmaq üçün istədiyinizi əldə edə bilməyəcəksiniz. Siz öz maraqlarınızı müdafiə etməyi bacarmalısınız, ancaq xeyirxah insan olduğunuz üçün buna nail olmayacaqsınız.
 

4. Başqalarının fikirlərindən asılı olacaqsınız. Daimə kiminsə işinə yaramağa çalışsanız, özünüzə verdiyiniz qiymət başqalarının razılığından asılı olacaq. Dünya həddindən artıq xeyirxah olanlara qarşı çox qəddardır.
 
 
 
İnsanlar 3 səbəbdən sizin arxanızca danışır:
 

1. Sizin səviyyənizə çata bilmədikdə.
 

2. Sizin sahib olduğunuz şeylərə sahib olmadıqda.
 

3. Sizi təqlid etməyə çalışıb, bunu bacarmadıqda.
 
Unutmayın: Hər şey dəyişir. Həyat dəyişir, insanlar dəyişir. Sanki hər şey yaxşıdır. Amma bəzən köhnə necə də çatışmır... O həyat... O insanlar...
 
 
 
 
Hazırladı: istefada olan polis polkovniki Allahverdi İsrafilov.
qadinkimi.com