DƏB VƏ BAXIM
Saçlarınızı da özünüz kimi sevin Tarix : 29 May 2020, 01:10

 

"Gözəllik ondu, doqquzu dondu" - deyiblər. O "don"lardan ən cazibəlisi isə gözəl saçlardır.

Saçlarınızı da özünüz kimi sevin. 

 

* Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır;


* Saçı isti su ilə yumayın;


* Qaynar fendən istifadə etməyin, ən yaxşısı saçın öz-özünə qurumasına imkan verin;


* Hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;


* Saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;


* Saçlarınızı gündə bir - neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir;


* Saçınızı ancaq saçınıza uyğun olan şampunla yuyun;

* Saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;

* Saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
 
* Unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Diqqətli olun.
 
 
qadinkimi.com