HƏR ŞEY / HEÇ NƏ
Dünyanı yaradan Tanrıça Eteynin ölümü Tarix : 11 Noyabr 2019, 11:52

Birinci yaradılışda tanrılar Teos adlı ərazini boş və həyatsız buraxırlar. Onların fikrincə, Teos - Vera yaşayış sahələri ilə adsız ölü zolaq arasında toxunulmaz, neytral sərhəd rolunu oynayacaq. 

Min illər ərzində Teos ərazisi soyuq və cansız hesab edildi. Bununla yanaşı həm də adsız idi. Bir dəfə o, tanrılara qarşı çıxdı. Bu zaman məğlub olsa da, təslim olmadı. Qisas almaq niyyəti ilə qadağan olunmuş bilgiləri öyrənməyə cəhd etdi. Çox keçmir ki, "Adsız" öz qaliblərinə yenidən meydan oxuyur.
Bu dəfə artıq ilk tanrılar həlledici üstünlüyə sahib deyildilər. Kiçik tanrıların əksəriyyəti məğlub olub döyüşdən çəkilir, nisbətən yaşlılar isə bitmək bilməyən döyüşlərdən yorulmağa başlayır. 

Bu ərəfədə Aləmlərin yaradıcısı Eteyn (Etain) minlərlə mənasız ölümdən çox sarsılır, tamamilə məhv olmuş ərazini Tanrıların yerini tərk etməyə qərar verir. Uzun yollar onu köhnə və tərk edilmiş boş əraziyə - Teosun boşluğuna gətirib çıxarır. Etain çox yorğun olsa da, yaratmaq məqsədi və arzusu müharibədə aldığı yaralarından qat-qat güclü olur.  
"Ölü Zona"da hər dəqiqə minlərlə canlı varlıq sonsuz bir qarşıdurmada məhv olurdu.  

Bu zaman Tanrıça itirilən balansı bərpa etmək qərarına gəlir: Veraya -başqa bir dünya və Teosa - həyat verir. Beləliklə, tanrı yeni bir dünya yaradır, onu su ilə doldurur və dərinliklərdən torpaqları üzə çıxarır. İlk sakinlər bu əraziyə Teos (Teos Epeiros  - tanrılar qitəsi) adını verirlər. 

Təəssüf ki, Eteyn Teosa yalnız həyat deyil, adsızların dəhşətli lənətini də gətirəcəyini hələ bilmirdi. 

Tanrının ölümü 

Eteynin yaratdığı aləmdə müxtəlif canlılar yaşayırdı; meşələr, çöllər, dağlar və çaylar əvəzedilməz sevinc ilə əhatələnmişdi. Şüurlu canlılar -  Teosda ən son meydana gəldi. Onlar tərcümədə "mükəmməl” anlamını verən tanrının sevimli övladları hesab olunurdular və xarici görünüşlərinə görə tanrıya bənzəyirdirlər. Dumnas qrupundan olan bu insanlar qürurlu və cəsur idilər.
Yüzdən çox qanlı döyüşdən canını qurtarmış Yaradan hər şeydən çox özünün və yaratdıqlarının sakit bir ömür sürməsini istəyirdi. Onun daxili sakitliyi Teosu çoxsaylı çətinliklərdən qoruyur, Teosa xoşbəxtlik və firavanlıq verirdi.
Amma Adsızların lənətinin, nəhayət, özünü göstərmə vaxtı çatmışdı. Bu zaman heç nədən xəbəri olmayan dünyada saysız-hesabsız fəlakətlər yaşanırdı. Şəhərlərin divarlarını canavar qoşunları mühasirəyə alır, göydən daşlar və küllər yağır, yatmış vulkanlar oyanır, dağıdıcı qasırğalar məhsuldar ağacları məhv edir, Teos boyunca meşə yanğınları baş verirdi.
Əvvəllər kor-koranə ibadət olunan Eteynə münasibət getdikcə pisləşir. Xaos, epidemiya və fəlakətlərdən əziyyət çəkənlər Yaradanın öz xalqını niyə cəzalandırdığını başa düşə bilmirdi. Narazılıq bütün Teosu bürümüşdü. Zadəganlar çox şikayət etməsələr də, duminaslar açıq şəkildə tanrıçaya qarşı çıxmağa hazırlaşırdılar. Vəziyyətə daha artıq dözmək istəməyən insanlar Eteinin evinə doğru yürüşə çıxırlar.
Pərəstişkarın birdən-birə düşmənə çevrilməsindən qorxunc heç nə yoxdur. Eteinin sadiq xidmətçiləri yeddi günlük mühasirə sonunda məhv oldular. Üsyançılar qan tökmək məqsədilə bir zamanlar müqəddəs hesab etdikləri Yaradanın otağına girirlər. İlahə yorğun görünürdü, üzündəki saf parlaqlığın yerini dərin bir solğuluq əvəz eləmişdi. Çünki artıq lənətə qarşı faydasız mübarizədə gücü bitməkdə idi. Eteinə hörmət edən, onu misilsiz gözəl hesab edən Teos sakinləri qarşılarında yaşlı bir qadın gördükdə çox təəccüblənirlər. İçlərindən biri ilahənin dəyişdirildiyini və yerini iyrənc bir canavar aldığını qışqırdığı zaman yüzlərlə bıçaq Yaradanın cəsədinə saplanır. Beləliklə, lənətin son hissəsi gerçəkləşir.

İşıq alyansı və qəzəb birliyi

Tanrının ölümü ilə Teosdakı xaos dayanmadı. Geridə qalan üsyançılar Eteynin evini darmadağın edirlər. Rəvayətlərə görə, onlar sonradan əbədi lənətlənmiş və ölümcül varlıqlara çevrilmişlər.
Bundan sonra "tanrıların qitəsində” yeni çaxnaşmalar baş verir. Okean quruya doğru irəliləyir, güclü fırtına qarşısına keçən hər şeyi məhv edirdi. Teosun sakinləri yardım üçün çox çağırışlar etsələr də, səslərini eşidən yox idi. Artıq yaradanı da öz əlləri ilə məhv etmişdilər.
Xaos içində parçalanmış xalq düşmənlərlə mübarizədə çətinlik çəkirdi. Böyük çay sahillərində, şimalda insanlar və şeytanlar güclərini birləşdirməyi, sərhəd qalalar zəncirini qurmağı və əsrlər boyunca zərərli canlıların inkişafına mane olmağı bacarırlar. 

Birləşmiş xalq heç zaman bölünmədi 

Xaos yüz ildən çox davam etdi. Dövrlər dəyişdikcə Teos sakinləri də dəyişirdi. İnsanlar sarsılmaz birlik altında birləşmiş, yeni silahlar icad etmişdilər. 

Ruhun parçalanması – Deidra və Riel.  

Tanrıçaların istəkləri
Eteynin ruhu Teosa yenidən qayıtmışdı. Ölümü övladlarının əli ilə olsa da, Yaradan onlar üçün üzülməkdən və sevməkdən vaz keçməmişdi. Tanrının ruhu Alyans və Birlik arasındakı qarşıdurmanın ən pik nöqtəsində Teosa gəlmişdi. Amma təəssüf ki o, bu qardaşlıq müharibəsinə son qoymaq üçün heç nə edə bilmir. Çünki insan və şeytan bədənləri tanrı ruhunu qəbul etmək üçün çox zəif idi. Nəticəni mümkün qədər tez əldə etmək üçün  tanrıça elementlərin sehrini ortaya qoydu. Amma hesablama səhv idi. Xaosun güclənməsi ilə atəş, su, torpaq və hava güclərinin birliyini zəifləyir. Beləliklə, elementlər ilahənin ruhunu ikiyə parçalayır.
Şimalın qüdrətli palıd bağlarından ağ tanrı Deidra peyda olur. Yaradanın qayıtması ilə bağlı xoş xəbər çox tez yayılır və işıq birliyi ona təzim edir. Xeyirxahlığı və məhəbbəti ilə Deidra sədaqət və sevgi ilahəsi adını alır.
Deidra ilə eyni zamanda atəş və cənnət qızı, ehtiraslı Tanrı ilahəsi Riel də meydana çıxır.
Deidra və Riel başlanğıcda bir-birini düşmən hesab etmirdilər. Çünki biri digərini həqiqi tanrıça hesab etmirdi. Onlar özlərini sadəcə Böyük Tanrının ruhunun təcəssümü hesab edirdilər. Hər ikisi də hesab edirdi ki, Eteyn də yarımçıq tanrı idi. Çünki hər hansı bir ölümlü qadın kimi, Eteyn də sədaqət və qəzəb, ehtiras və sevgi ilə xarakterizə olunurdu. Hər iki ilahə də Yaradanın ruhunu tam təcəssüm etdirməyi xəyal edirdi. Ancaq ideala çatmaq üçün güc lazımdır və tanrıların gücü isə yalnız yüz minlərlə inananın ibadətindən alına bilinərdi. Teos isə çoxdan iki hissəyə bölünmüşdü. Bunu başa düşən hər iki ilahə öz tərəfdarlarına arzularını bildirirlər – güclərini qorumaq məqsədi ilə Eteinin geri qaytarılması. İşıq ittifaqı ilə nifrət birliyinin arasındakı müharibə yeni güc ilə yenidən alovlanır. Hətta uzun müddət bitərəf olanlar da tərəf seçərək silahlanırlar. Hər iki tərəfin də yeni qarşıdurmanı köləliyə qarşı azadlıq mübarizəsi kimi təqdim etməsində həqiqət payı az idi. 

Teos döyüşlərinin sülh ilə bitəcəyinə heç bir inam yoxdur. Çünki onların hər ikisi də qəti şəkildə ya qələbəyə, ya da birdəfəlik məhv olmağa üstünlük veriblər. 

qadinkimi.com