Ən sevdiyim qadın yazıçılardan biri Nobel mükafatçısı NADİN QORDİMERDİ.
1949 - ci ildə N.Qordimerin "Üz-üzə" adlı hekayələr kitabı işıq üzü gördü,
1953-cü ildə isə onun "Yalançı adamlar" adlı ilk romanı çapdan çıxdı. Romanda Qordimer gənc qadın Helen obrazında məhz özünün keçdiyi həyat təcrübəsini qələmə alır.
Qordimerin yaradıcılığı Afrikanın cənubu üçün xarakterik olan ictimai-siyasi şəraitin bütün ağırlığını əks etdirir.
Qordimerin "Yadellilərin torpağı" (1958) – gənc ingilis jurnalistin görüb müşahidə etdiyi Yohannesburq cəmiyyətinin 1950-ci illərdəki çoxşaxəli mənzərəsi idi.
"Təsadüfi sevgi" (1960) romanının qəhrəmanı dünyanın qəddarlığından öz şəxsi, ətrafdan təcrid olunmuş həyatına qaçıb sığınır. Bu əsərin nəşri uzun illər boyu CAR-da qadağan edilmişdi. "İtirilmiş burjua aləmciyi" romanı (1966) Qordimerin tənhalıq və dünyadan təcrid vəziyyətini tam dolğunluğu ilə əks etdirirdi.
"Hörmətli qonaq" (1970 – Ceyms Teyt Blekin xatirəsi mükafatı almış) və "Mühafizəçi" (1974- Buker mükafatı almış) romanlarında Qordimer daha pessimistdir, onun tərki-dünyalığı daha artıq nəzərə çarpır.
"Burgerin qızı" (1979) romanı da həmçinin senzuranın təqibinə məruz qalmışdı.
"Culay xalqı" (1981) romanında arxitektor Smayzlın ailəsindən danışılır. Yohansenburqdan kəndə qaçmağa məcbur olmuş ailə öz xidmətçisinin evində qalmalı olur. Qordimer kənd əhalisi ilə ağdərililərin arasındakı münasibətləri dərin psixoloji məqamlarla çatdırır, onların arasındakı sosial-mədəni fərq uçurumunu analiz edir.
Sonra "Təbiətin oyuncağı"(1987), "Mənim oğlumun rəvayəti"(1990) romanları çıxır.
Hekayə kitablarından isə "Altı fut torpaq"( 1956), "Cümənin izi" ( 1960), "Məxfidir" (1965), "Livinqstonun yoldaşları"( 1971), "Yəqin ki, bazar ertəsi"(1976), "Əsgərin ağuşları"(1980) və s. misal çəkmək olar. "İyul adamları" (1981), romanı, "Nəsə, hardasa orda" (1984) hekayələr toplusu və daha iki roman – "Təbiətin əyləncələri" (1971) və "Mənim oğlumun tarixçəsi" (1990) Qordimerin yenə də öz həmişəki mövzusuna – CAR-dakı həyatın problemlərinə sadiq qaldığını bildirir.
Bir dəfə Qordimer qeyd etmişdi ki, onun bütün əsərləri əslində elə yeganə bir kitabdan ibarətdir.
1991-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı "ədəbi yaradıcılığa görə" Nadin Qordimerə təqdim olundu. Qordimerə Nobel mükafatı təqdim olunandan sonra o, "Sıçrayış" adlı hekayələr toplusu yazdı (1991), bu hekayələrdə yazıçının sevimli mövzuları öz əksini tapmışdı.
"Yanımda kimsə yoxdur" romanında (1994) Qordimer özünü tanıyıb tapmaq istəyən Vera Stark adlı qadının siyasətə həsr olunmuş taleyini qələmə alır.
"Ev tüfəngi" (1998) romanını bəzi tənqidçilər "hökumətin yüksək qoşun qatarları haqqında triller" adlandırdılar.
1999-cu ildə "Ümid içində və tarix içində olan həyat: Bizim əsr haqqında qeydlər" adlı kitabında isə Qordimerin ədəbiyyat, mədəniyyət, insan haqları və təbii ki, özünün CAR-dakı işi və həyatı haqqında məqalələri, mühazirələri işıq üzü gördü. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nadin Qordimer 13 iyul 2014-cü ildə Yohannesburqda dünyasını dəyişmişdir.
Nadin Qordimerin hekayələri, məqalələri və romanları müxtəlif ədəbiyyat mükafatlarına layiq görülüb, dünyanın 25 dilinə tərcümə olunub.