Bir dəstə cəfərini yaxşıca yuyun və yarım limonla blenderdə əzin. Sonra dəridəki ləkələrin üzərinə çəkib 15-20 dəqiqə saxlayıb yuyun. Dərini təmizləyir.
Bu qarışığı qandakı şəkərin miqdarını tənzimləmək üçün 2-3 həftə ərzində səhər acqarına yeyə bilərsiz.
Bir dəstə cəfərini doğrayıb üzərinə 200 ml qaynar su töküb dəmlənməyə qoyun. 15-20 dəqiqədən sonra süzüb bir qaşıq bal töküb axşam yeməyindən 20 dəqiqə əvvəl içmək məsləhətdir.
Tənəffüs yollarının mqalicəsi və profilaktikası üçün qarışıq hazırlamaq olar. 12-15 mixək, 5-6 dəfnə yarpağı və 20-25 sm-lik iki rozmarin budağını qazana qoyub, 2 ədəd qırmızı soğanı xırda doğrayıb əlavə edin. Üzərinə 250 -300 ml su töküb 15-20 dəqiqə qaynadın. Soyudub süzün, bir limonu sıxıb suyunu və bir qaşıq bal əlavə edin. Yeməkdən sonra yarım stəkan için. İki gün soyuducuda saxlamaq olar.
Kartofun əhəmiyyətini çoxumuz bilirik. Əsas ərzaq məhsullarından biridir. Amma bişirərkən soyub zibilə atdığımız qabığının nə qədər əhəmiyyətli olduğunu hər kəs bilmir. Kartof qabığında daha çox xeyirli maddələr var. C vitamin ilə zəngindir. Bir orta ölçülü kartof yumrusunun qabığında bir portağalda olan C vitaminindən çox vitamin var. Bu bizim gündəlik C vitamininə olan ehtiyacımızın yarısını ödəyə bilir. Qadıqları yaxşıca yuyub yeyə, dəmləyə bilərsiz.
Qanda xolesterini salır, şəkərə qarşı çıxış edir, antioksidantdır.
Kartof qabığı gözaltı torbaları azaldır. Günəş ləkələrini də təmizləmək olur. Yanıq və yaralara qarşı da kompres kimi istifadə edə bilərsiz.