SEVGİ, QADIN / KİŞİ
Bir - birinizi anlayın və sevin Tarix : 22 Mart 2021, 00:49

Uğurlu cütlüklərə nə lazımdır?

Psixoloqların qənaətinə görə kişilər güclü, həmişə onun doğrusunu qəbul edən, onunla razılaşan, şikayətlənməyən, heç nə tələb etməyən,

onun uğurlarına dəyər verən, qadın kimi onun diqqətini çəkməyi bacaran, onun yaxın ətrafı ilə ünsiyyət qurmağı bacaran biri lazımdır.

 

 

 

Bir çox kişilər isə qadının dürüst, intelektual, zərərli vərdişlərinin olmamasına, mübahisə etməməsinə üstünlük verir.

Maraqlıdır ki, qadınlar özləri də bu fikirdədir. Onlara görə kişilər nə istədiyini aydın bilən, ailəcanlı, tələbkar olmayan, maraqlı qadınlara üstünlük verir.

Əslində seçdiyin özünə dəyər verməyi bacaran olmalıdır. Özünə dəyər verə bilməyən biri yanındakına dəyər verə bilməz. Daha dəqiq desək, yanındakının dəyərini bilməz.. Qadınlar qazanclı kişilərə üstünlük versələr də birgə yaşayışda diqqətə,qayğıya daha çox ehtiyac duyurlar. Onlara şirin söz, əzizlənmək daha önəmli olur.

 

 

qiz ve oglan sekilleri

 

Ailə cütlüyün bir-birinə güvəni, inamı ilə möhkəmlənir. Bu hər hansı anlaşma üzərində qurulan birlik deyil, bir – birini anlayanların birliyidir. Tərəflərdən birinin inadkarlığı, öz düşüncələrini qarşı tərəfə qəbul etdirmək çabası kimi yanaşmalar güvənsizlik deməkdir. Hər iki tərəf bir – birini sevdiyini düşünməklə güclü bağlar alınmır.


Sevdinizsə, anlamağa çalışın, anlayın və sevin.

 

 

 

 

qadinkimi.com