UŞAQ / BÖYÜK
Aysel Ateş Abdullazadə - "Qızıma məktub" (MÜSABİQƏ) Tarix : 30 Mart 2020, 20:15
Yazar : Qadinkimi.com
Qızım... Bu müraciəti qazanmağı, leksikonuma daxil etməyi o qədər arzulayırdım ki. Sənli bir dünyada yaşamaq, qızım deyə bilmək, analığı dadmaq. Özümü bildim-biləli diləyim olmusan. 

Səni dünyaya gətirmək üçün savaşlarım da olub, barışlarım da. Sən bətnimə düşdüyünü bildiyim ilk gündən bəri sirdaşım olmusan, dostum olmusan. Hər anımı səninlə bölüşüb, hər sirrimi səninlə paylaşmışam. Bətnimi oxşayaraq sənə toxunmuşam, danışaraq səndə rahatlıq tapmışam. Elə lap əzəl gündən səni  ikinci özüm bilmişəm. Çünkü sən mən olacaqdın, mənim qızım, mənim parçam...

Sənə şeirlər yazdım hələ doğulmadan. Adına paltarlar aldım, yaşamına xatirələr hazırladım. Cinsiyyətini 14-cü həftədə öyrəndim. Həkim "övladınız  qızdır" deyəndə sevincdən uçurdum. Çünki ilk gündən mən sənin qız olduğunu hiss edirdim. Ancaq bir qız anasına bətnində ikən bu qədər yaxın, bu qədər sirdaş ola bilərdi. Əsla cinsi ayrı-seçkilik etmirəm. Bəlkə oğlum da olsa, eynisini hiss edərdim, amma mən səni qızım olaraq qəbullanmışdım artıq.

Qızım, səni əlimdən gəldiyi qədər toplum üçün faydalı, şəxsiyyət, özünə və başqalarına sevgi və sayğı verə bilən, dəyər qavramını kimliyinə aşılayaraq böyüdürəm. Qarşıda çox şeylər olacaq. Uzunca bir həyat var önündə. Böyüyəcəksən, gözəlləşəcək, yetişkin insan olacaqsan. Bəzi şeylər var ki, onları ancaq mən öyrətməliyəm sənə. Saymağı, hərfləri, şəkil çəkməyi, rəngləri sənə məktəbdə öyrədəcəklər. Ancaq məndən öyrənməli olduğun şeyləri kimsə sənə deməyəcək bu həyatda. Çünki bu, insanların lazımsız hesab etdiyi, onlara sərf etməyən tərəfləri olan doğrulardır.

İlk öncə haqqını biləcəksən. Bilməklə bərabər tələb etməyi bacarmalısan. İnsan haqları ilə insandır. 

Qadın olduğun üçün hər zaman qürur duyacaqsan. Nə yaşayırsan yaşa, heç vaxt qadın olmağından peşmanlıq duyma.

Hər zaman öyrənməyə çalış. Yiyələndiyin ixtisasdan başqa, bir peşəni də hobbi olaraq özündə  inkişaf etdir. O peşədə rahatlıq tap, o peşədə kəşf et özünü. Mən yazmaqda tapdığım kimi. 

Həyatının bütün dönəmlərində özünə aid bir küncün olsun. O küncə çəkilməyi, düşünməyi, təmkinli davranmağı öyrən.
 
Əsla başqa biri və ya biriləri üçün yaşamını dəyişmə. Həyatını insanlara görə yönləndirmə. Həyatına girəcək olan insanlar səni olduğun kimi mənimsəsin.

Qəlbindəki sevgini əsla bitirmə. Bütün pisliklərə, neqativlərə rəğmən sevgi dolu ol. Səni xilas edən tək şey sevgin olacaq.

Doğru bildiyin hər şeyi tərəddüdsüz yaşa.

Etməmək peşmanlığını duymamağa çalış. 

Vücudunun və ruhunun sahibi sənsən, bunu həmişə ağlında tut.

Öncəliyin özünədəyər olsun. Kimsə üçün dəyərlərindən vazkeçmə və dəyər hiss etmədiyin yerdə durma.

Qadın mövzusunu çox araşdır. Kimliyini tapacaq, nə qədər dərin olduğunu görəcəksən.

Bu həyatda mütləq analıq statusu qazan. Bu hissi dadmadan dünyadan getmə.  

Kimsəyə bağlı qalmadan, mən də daxil, istədiyin və xoşbəxt olduğun yerdə yaşa. 

Mənə və atana minnətdarlıq hissi bəsləmə. Biz sadəcə valideynlik vəzifəmizi yerinə yetiririk. 

Səni mutlu edən hər şeyə sarıl və buraxma. 

Yaxşı təhsil al, özünü tapdığın peşəyə yiyələn. Ən yaxşı peşəni seçməyə deyil, seçdiyin peşədə ən yaxşı olmağa çalış. 

Kitablardan böyük və qüdrətli dostun olmasın. Çünki həyatının kompası oxuduğun kitablar olacaq. 

Qızım, məni heç vaxt unutma. Yaxınında olmağıma gərək yoxdu. Qəlbində olmağım yetərli. Səni sevirəm, coşğun Dənizim! 

Qızıma ithaf etdiyim şeirim: 

Yuvarlak dünyanın her noktasında sevdim seni,
Her düşümde canlandın, 
Her dileğimde hayat buldun.
Arzularımın çiçek açan bahar mevsimisin,
Ellerin ellerimdeyken tüm masum şeyler avuçlarımda toplanmış gibi,
Ve tüm günahlardan arınmış gibiyim.
Bir az bahar kokulusun,
Bir az da yağmur.
Sana baktığımda yalnız bir mevsimi yaşıyorum,
Yüzümde yalnız bir ifade var - gülücük!
Ve sana bakınca hayata bile gülümsüyorum,
İnadına,
Tutunaraq,
Dik durarak…
Sen öğrettin bana kelebek gülüşünü,
Tavşan yumşaklığı ellerin
Avuçlarıma sığınca anladım var olduğumu.
Sen öğrettin martılar gibi simit kırıntıları ile yetinmeği,
Mutluluğu küçük şeylerde bulmayı.
Bana öğrettiklerini sana geri iade edeceğim -
Gülücükle yaşamayı,
Yeri geldiğinde bir dala tutunmaktan korkmamayı,
Kelebek tebessümünü hep saçmayı,
Ve martıları sevmeyi, onlara simiti sevdirmeyi…
Martıları sevmeyen deniz Deniz olamaz…
Benim ve martıların sığındığı limansın, Deniz'im…



Aysel Ateş Abdullazadə
Türkiyə,  Antalya
qadinkimi.com