UŞAQ / BÖYÜK
Atası yeniyetmə qızına dərs vermək üçün dar, qısa şort geyinib - FOTO Tarix : 22 Noyabr 2022, 11:30

Floridada yaşayan Ceyson Hilley qızının geyiminə özünəməxsus tərzdə münasibət bildirib.


Ceysonun bir qızı var və o şortlarının çox qısa olduğunu qızına maraqlı formada izah etmək istəyib. Özü daha da qısa şort geyərək "Kendall, söhbət etməliyik” deyərək qəfil qızının otağına daxil olub. Atasının bu komik görüntüsü qızı güldürüb. Və atası bildirib ki əgər o bu qısa şortla məktəbə getsə atası da həmin şortu geyib onun məktəbinə gedəcək. Beləliklə, qızına əyani şəkildə qışqırmadan, bağırmadan sakit formada və güldürərək necə geyinməli olduğunu izah edib.


Onun bu paylaşımı sosial mediada 24 milyondan çox baxışla izlənib. 7k-a yaxın şərh, 145k-dan çox paylaşım olub. Hilleyin valideynlik metodu işlədimi? Bu artıq başqa bir günün hekayəsi ola bilər.

 







qadinkimi.com