UŞAQ / BÖYÜK
ABŞ - da qaradərili məktəbli qızlar ayağa qalxdı - Onlara "qısa şort geyinməyin" deyirlər Tarix : 22 Yanvar 2019, 14:05
 
 
 
Məktəbdə dəhlizdə gəzən zaman inzibatçı dalımca gəlib məni saxladı. Başımın üstündə dayanıb  mənə diqqətlə baxırdı.  O, mənim bədənimə  və  ayaqlarıma baxırdı.  İnzibatçı  dedi ki,  şortum çox qısadı və bir daha onu əynində görməyim.  Mən çaşqın və sarsılmış halda ona baxdım. Bütün günümü necə keçirdiyimi bilmədim.  
 
Bu ilk dəfə deyil.  Belə hal saysızdı.  Başqa qızları da nəzarətçilər saxlayıb eyni sözləri dəfələrlə deyiblər.  Sadə  həqiqət ondan ibarətdir ki, biz qaradərili qızlar ağdərili həmyaşıdlarımıza baxanda  dərslərimizdə daha intizamlıyıq.  
 
Ötən ay Təhsil Naziri Betsi Devos  Prezident Obamanın intizamla bağlı "İntizamın məzmununa varmaq”  qərarını ləğv edərək  məktəb rəhbərlərinə bu diskriminasiya üçün yaşıl işıq yandırdı.  
 Aydın olmaq üçün deyim ki, bu qərarın ləğvi qanunu dəyişmir, amma narahatedici mesaj göndərir: Sizin hökumətiniz bütün tələbələrə eyni gözlə baxmır. 
 
May ayında Mən  "Dress Kodun:  Qaradərili qızlar, bədən və önyarqı” nın həmmüəllifi oldum.  Bunu pna görə etdim ki, hər kəs bu narahatlığa diqqət kəsilsin.  Milli hüquqi qadınlar məktəbləri və s.  ilə əməkdaşlıq etdim.  ABŞ məmurları ilə bağlı narahatlığımı dünyaya ifadə etdim.  Təhsil idarəsi bizi dinlədi, bizi anladıqlarını düşündüm. Görünür,  yanılmışam. Biz onlardan məktəblərdə disiplin şöbəsini diqqətdən keçirməyi xahiş etdik.  Onlar razılaşdılar. Bizim narahatlığımızı xoş qarşıladılar və təəssüf etdiklərini dedilər.  Dedilər ki, məktəblərdə proporsional olmayan disiplin narahatedici faktordu. Və şagirdlərin belə mövzulara vaxt itirməsi həqiqətən də məyusedicidi.   Amma heç bir nəticə olmadı. Qaradərili qızlar altı dəfə çox dərslərdən kənarlaşdırırlar. Bəzi ştatlarda, məsələn, mən yaşadığım Kolumbiya dairəsində  qaradərili qızları ağdərililərdən iyirmi dəfə çox dərsdən kənarlaşdırırlar.  

Ən xırda şeylərə görə qaradərili qızları cəzalandırırlar.  İntizam qaydaları  müəllimlərin stereotipləri ilə  müəyyən edilir. Məsələn, cəmiyyət qaradərili qızların bədən üzvlərini seksializasiya etməyə başlayıb. Bizim "gözəgəlimli” olmamızla bağlı fikir formalaşıb və müəllimlər də hər cəhdlə bunun qarşısını almağa çalışırlar. Biz ən çox "cavabqaytaran”, " gözəgirən”  ittihamları ilə cəza alırıq. 
Mən tək deyiləm və minlərlə şagird və tələbə  bu ayrı-seçkiliyə etiraz edir. Arxamızda bizi dəstəkləyən valideynlər,  müəllimlər və  adminstratorlar hərəkatı var. Biz əminik ki, tələbələr diskriminasiya olmadan təhsil almağa layiqdilər. 
 

Fatimah Fair – " Dress Kode: Qara qızlar, Bədən və Önyarqı” kitabının müəllifi, 2018-ci ilin yazında  liseyi bitirib. Hazırda Lafayette Kollecində təhsil alır. ABŞ Ədliyyə Nazirliyinin üzvüdür