Deyirlər, daha çox atalarına bağlı olar qızlar.
Daha çox atalarını özlər.
Qızlar daha çox atalarına bənzər...
Biz - atalar.
Sevmək bəs deyil, sevildiyini
hiss etdirməkdir Ata olmaq.
Bilmək bəs deyil, anlamaq və hiss etməkdir Ata olmaq.
Onun arzuları və istəkləri məqsədlərini təyin edər.
Onun arzuları qədərsən Sən.
Onun xoşbəxtliyi və sevinci Səni daha güclü edər.
Yolunda, izində, hər addımında dost ola bilməkdir Atalıq...
Səhvini bağışlamaq bəs deyil, özünü də günahkar bilməkdir Atalıq.
Qızın sənə nə qədər güvənirsə, o qədər Atasan demək...