Alov İnanna

Şair, filosof, nəzəriyyəçi

Alov xanım şair, filosof, nəzəriyyəçidi. Onu oxuyanda elə bilirsən qədim bir Tanrıça zühur edib və dünyada kişi hakimiyyətinin hökm sürdüyünü görüb şoka düşüb. Mübarizəsi at belində türk qadını obrazını xatırladır. Arada enib atı harasa bağlayıb yazır. Götürdüyü İnanna adı Şumer mif və dinində qadınmərkəzli ilahilik simvoludur. 1970-ci ildə doğulub. Doğulan gündən tarixin hər köşəsindən anaxaqanlıq haqda məlumat tapıb, patriarxatın gözünü çıxarır. 1989-1994-cü illərdə BDU-da təhsil alıb.1995-2012-ci illərdə Azərbaycan Universitetində fəlsəfə, etika və estetika dərsləri deyib. 2003-cü ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-2012-ci illərdə AMEA-da elmi işçi kimi çalışıb. 2008-2011-ci illərdə Gunaz TV- də moderator işləyib. 2012-ci ildən indiyədək həmin televiziyada müəllif proqramı aparır. Elmi jurnallarda və mətbuatda onlarla elmi, elmi-publisistik məqalələri, nağıl, şeir kimi bədii mətnləri çap edilib. 2012-ci ildən Almaniyda yaşayır. Matriarxat tədqiqatları üzrə postdok proyekti üzərində işləyir. Bizə uzaq Almaniyalardan yazır... Əlləşdiyi sual budur: Nə vaxtdan insan deyərkən kişi başa düşülür (məsələn, bir çox dildə “insan” sözü ilə “kişi” sözü eynidir), niyə “adam kişi olar?”. Kumiri yoxdu. Özünün kumirlik yaşında olduğunu deyir. Pis cəhəti pis cəhətini deməməsidir. Ən yaxşı cəhəti feminist olmasıdır.