BİLİM / DİN
Özünü tanı -Test 1 Tarix : 23 İyun 2020, 00:38

Psixikan qaydasındadırmı? 


Vaxtaşırı Sizə 10 test təqdim olunacaq.

 

Test 1


 

Həyat həyəcan və streslə doludur və çox vaxt biz rahatlığımızı, dincliyimizin balansını saxlamağı arzulayırıq. Bərabərliyi qorumaq və duyğularımızı idarə etmək həmişə çətin olub.

Sadə bir ekspress test Sizə özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edəcək. Bu test vasitəsilə psixikanızın qaydasında olub olmadığını öyrənə bilərsiniz.

 

 

Şəkildəki fiquru diqqətlə nəzərdən keçirin.

 

Hərəkət görürsüz? Fiqur hansı istiqamətə doğru hərəkət edir? Sağ, sol, yuxarı, aşağı istiqamətlənir və ya hərəkət etmir?

Buyurun, şəklə nəzər yetirin. Sizə fiqur hərəkətsiz görünsə, deməli bu, həyatınızda yaranan durğunluq əlamətidir. İnkişaf etməyə səy göstərmirsiniz, bütün bacarığınız özünüzdə "qorunub saxlanılır" və həyata tamamilə laqeydsiniz.

 

Sizə fiqurun sola tərəf hərəkət etdiyi, işığın qaranlığa yaxınlaşdığı görünsə, o zaman həyatınız planlar və ümidlərlə doludur, həyat enerjiniz sürətlidir və öz gücünüzə inanırsınız.

 

Hərəkət sağa tərəf yönlənirsə, qaranlığın işığa yaxınlaşması kimi görünürsə, bu o deməkdir ki, indi həyatınızda ən yaxşı dövr deyil, şübhələrdən əziyyət çəkirsiniz, narahatlıq hissi keçirirsiniz və nədənsəqorxursunuz.

 

Hərəkətin yuxarıya doğru istiqaməti, sizin həyatınızda nəyisə düzəltmək istəyinizi göstərir.

 

Aşağı istiqamətdə hərəkət müşahidə edirsinizsə, onda döyüşmək üçün tam istəksiz və laqeydsiniz. Və bu xəbərdarlıq əlamətidir.

 

Titrəyişli, yəni hər tərəfə yellənən hərəkət görünürsə, bu ahəngdar və inkişaf etmiş bir təbiətə işarədir. Cəsarət və nikbinliklə dolu olduğundan düşünməyi üstün tutursan.

 

Yeganə İskəndərova

qadinkimi.com