Özünü müdafiə edərək cinsi zorakılıq etmək istəyən kişini öldürən qadın həbs cəzası almayacaq.
Qadına qarşı şiddət, cinsi təcavüz və qətllərin sıx rast gəlindiyi ölkələrdən biri olan Rusiya yeni bir qanun hazırlayıb. Parlament komissiyası tərəfindən hazırlanan qanun qəbul edilərək rəsmi olaraq qüvvəyə minib.
Parlamentdə təsdiqlənən qanun kişilərin cinsi təcavüz cəhdləri zamanı qadınlara özünümüdafiə haqqı tanıyır. Qanuna görə, cinsi təcavüzə məruz qalan qadın təcavüzçünü yaralasa və ya öldürsə, heç bir cəza almayacaq.
Statistikaya görə, Rusiyada ildə 14 min qadın kişilər tərəfindən qətlə yetirilir. Eyni şəkildə ildə 2 min uşaq öldürülür. Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən bütün cəzaların 40%-ı evdə, 93%-i isə qadınlara qarşı törədilir.
qadinkimi.com