QADIN / KİŞİ
Zob xəstəliyi niyə daha çox qadınlarda rast gəlinir? – SƏBƏB Tarix : 15 İyun 2022, 16:54

 

Keçmişdə "zob” sözü ilə boğazda görünən hər hansı şişkinliyi işarə edirdilər.


Əslində bu söz rus dilinə məxsusdur. Azərbaycan dilinə tərcümədə isə buna "ur xəstəliyi” deyilir. O zamanlar tireodologiya elmindən və hətta qalxanvari vəz haqqinda bizim bildiklərimizdən heç kəsin xəbəri belə yox idi.


Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzidir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.


Zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödəm, həcm artımı əmələ gəlir.


Zob xəstəliyi başladıqdan sonra 6 ay içində gözdə də əlamətlər başlayır (Tiroid orbitopatiya). Xəstəliyin şiddəti hormonların səviyyəsi ilə çox da əlaqəli deyil. Yəni həm hipotiroidizmdə, həm də hipertiroidizmdə, bəzən də hormonların səviyyəsi normal olsa belə xəstəlik əlamətləri görülür.


Xəstəlik yüngül, orta, ağır formada ola bilər.


Qadınlarda Tiroid orbitopatiya kişilərə nisbətən 4 dəfəyə qədər daha çox rast gəlinir.


Adətən, "zob” xəstəliyi qadınların boyun gözəlliyinə ziyan vurur.


Və statistika sübut edib ki, bu xəstəliyə daha çox qadınlarda rast gəlinir. ÜST-in məlumatına görə, dünyada hər 10 xəstədən 8- i qadın, ikisi kişi olur. Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır. İstər qalxanabənzər vəzin xərçəngi, istər zəhərli zob, istərsə də qalxanabənzər vəzin digər xəstəlikləri daha çox qadınlada özünü göstərir. Bunun böyük ehtimalla immun sistemi ilə bağlı olduğu düşünülür. Qadınların immun sistemi ilə kişilərin sistemi arasında fərqlər var.

 



Bəs, Zob xəstəliyi niyə daha çox qadınlarda rast gəlinir?


"Statistikaya görə, qalxanabənzər vəzi xəstəliklərinə daha çox qadınlarda rast gəlinir.” 

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov bildirir ki, bunun səbəbi hamiləlikdə də ən çox üzərinə yük, gərginlik düşən orqanlardan biri qalxanabənzər vəzdir: "Bəzən qalxanabənzər vəz zədələnir, nəticədə onun həcmi böyüyür”.


Endokrinoloq qeyd edib ki, Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır.


O, həmçinin bildirib ki, hamiləlik dövründə TSH və T4 hormonlarının miqdarı normada olarsa, uşaqda hər hansı problem aşkarlanmır: "Lakin əksinə hormonlara nəzarət olmazsa, bu zaman dünyaya gələn körpədə də müəyyən əks təsirləri görmək mümkün olacaq”.

 


 

 

Mənbə: saglamolun.az

Qadinkimi.com