Xoşbəxtliyin sirrini tapmaq elə də çətin deyil...
"Özünüzü rahat buraxın” – bu sözü hamının qulağına pıçıldamaq istəyirəm. İstəyirəm ki, hər kəs beyninə, ürəyinə dinclik versin. Səhvlər axtarmasınlar, özlərini başqaları ilə müqayisə etməsinlər. Dünəni çözələyib özlərini incitməsinlər, gələcəyi düşünüb özlərini üzməsinlər. Mükəmməl olmaq mümkün deyil.
Heç vaxt bununla yaşamaq olmaz. Heç vaxt...
Övladlarınızdan əl çəkin:
- Övladlarınızın xoşbəxt olmaq üçün nələr etməli olduğunu onlardan daha yaxşı bildiyinizi düşünməkdən vaz keçin.
- Onları öz istəklərinizə uyğunlaşdırmağa çalışmayın.
- Nəyin onlar üçün daha yaxşı olduğunu düşünüb, onların arzularına sədd qoymayın.
- Öz tələblərinizlə onları yormayın. Həyatdakı uğursuzluqlarınızı onlara lazım olmayan sahədə qazanacaqları uğurlarla tənzimləməyə çalışmayın.
- Onları sizə gərək olan işlərlə məşğul etməyin.
- Övladlarınız sizin gözləntilərinizə uyğun yaşamalı deyil.
Sevdiklərinizi rahat buraxın – onlar sadəcə sevir...
Siz də sadəcə onları sevin. Öz fikirlərinizi onlara qəbul etdirməyə çalışmayın, olduqları kimi qəbul edin.
Tələblərinizlə onları yükləməyin.
Onları tərbiyə etməyin, dəyişməyə çalışmayın.
Öz sevgilərini sübut etmək məcburiyyətində buraxmayın.
Nəzarət etməklə alçaltmayın. Qısanmayın.
Önların şəxsi duyğularına, fikirlərinə hörmətlə yanaşın.
Siz heç kimin sahibi deyilsiz.
Tənqidlə, tələbkarlığınızla kimsəni yormayın.
Bütün dünyanı rahat buraxın, onun bir parçası kimi, hamıdan fərqli olduğunuzu düşünmədən yaşayın.
Sadəcə həyatı sevin.
Öz işinizlə məşğul olun.
Gücünüz çatan işlə məşğul olun.
Həyatın axınını tapın, nəbzini tutun.
Nəhayət, sadəcə yaşayın...
Yox, əzizlərim, bunlar məsləhət deyil. Bu sadəcə illərin təcrübəsi, müşahidələrimdir.
Xoşbəxt olmağımıza mane olan səbəbləri görməkdir.
Mənəvi rahatlıq – daxili rahatlıq tapa bilməməyimiz özümüzü xoşbəxt hiss etməmizə mane olur. Bu birmənalı belədir. Ona görə də biz hamını, ilk növbədə özümüzü narahat etməməliyik.
Sakit olmağa çalışaq. Özümüzü müxtəlif fikirlərlə, "bəlkə”lərlə, "kaşki”lərlə yormayaq. Rahat olmağa çalışaq.
Müəllif: Lilya Qrad
Çevirdi: Kamalə Abiyeva
Foto: Rodney Smith
qadinkimi.com