SEVGİ, EV / ÇÖL
Zəngin süfrə və duyğular xonçası arzulayırıq Tarix : 20 Mart 2021, 14:32

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart, yəni 22 -sinə keçid gecə ilə gündüzün bərabərlik günüdür.

Bu gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələlərində də qeyd

olunur.


Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilib,

2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ”Beynəlxalq

Novruz Günü” elan edilib. Hal hazırda da bu bayram eyni sevgi və coşqu ilə bir çox ölkələrdə qeyd olunur.

 

 Azərbaycana yaz gəldi...


Novrzuz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir.


Zaman - zaman din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışıblar. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlayır.

Xalqların çox hissəsi elə qədim zamanlardan özünəməxsuz adətləri saxlamışlar. Və məlum olur ki, bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanların da öz maraqlı fikirləri var.

Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd edib.

 

 

Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü qeyd olunur:


İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.


İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.


Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.


Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər başlamalıdır.

 

Xonça bəzəmək ən gözəl adətlərindən biridir.


 

Hamınıza bar-bərəkətli, zəngin süfrə və duyğular xonçası arzulayırıq.

 

 

 

 


 

 

qadinkimi.az