Jeanne Louise Calment doğum və ölüm tarixləri sənədləşdirilən, Yer kürəsində yaşamış ən yaşlı insan hesab edilən fransız qadındır. O, uzunömürlüyə görə dünya rekordu qırıb - 122 il 164 gün.
Görünür, həyat madam Kalmanın necə yaşamağını bəyənib.
O, 120 yaşına çatmış yeganə şəxsdir. Həmçinin "Yer üzündə yaşayan ən yaşlı insan" titulunu hər kəsdən çox saxlayıb.
Janna Orlidə doğulub. Eyfel qülləsi tikiləndə onun 14 yaşı olub. Bu zaman o, Van Qoqla görüşüb. 1988-ci ildə verdiyi müsahibədə rəssam haqqında deyib: "Çirkli, pis geyinmiş və solğun idi".
85 yaşında qılıncoynatma ilə məşğul olan, 100 yaşında velosiped sürən bu qadın 114 yaşında filmlərdə rol alıb, 115 yaşında omba əməliyyatı keçirib və 117 yaşında siqareti atıb. Bunu səhhətinin pis olduğu üçün deyil, sadəcə, gözlərinin çox zəiflədiyi vaxtlarda hər dəfə siqaretini yandırmağı kimdənsə xahiş etmək istəmədiyi üçün etdiyini deyib.
90 yaşında heç bir varisi qalmayan Janna 47 yaşlı vəkil Raffri ilə müqavilə bağlayır: qadın ölənə qədər vəkil hər dəfə aylıq ödəniş etməklə evinə sahib olacaqdı. Evin qiyməti təxminən onun 10 il ərzində ödəyəcəyi məbləğə bərabər idi. Ancaq tale Raffrinin üzünə gülmür. Raffri nəinki qadına 30 il pul verir, həm də ondan əvvəl, 77 yaşında ölür və qanuna görə ödənişi onun dul arvadı davam etdirməli olur.
Hazırladı: Aysel Əlizadə
qadinkimi.com