BURA / ORA
Yeni Zelandiyada iqtisadi tədbir - Nazirlərin maaşları kəsiləcək (VİDEO) Tarix : 15 Aprel 2020, 19:10
Yazar : Qadinkimi.com
Koronavirusla mübarizədə ölkəsinin zəfərə yaxınlaşdığını açıqlayan Yeni Zelandiyanın Baş naziri Jakinda Ardern üst səviyyə idarəçilərin maaşlarını 6 ay müddətində 20 faiz azaldılacağını açıqlayıb.

Yeni Zelandiyanın Baş naziri Jakinda Ardern koronavirus pandemiyası ilə mübarizə daxilində ölkədəki nazirlər, dövlət idarəçiləri və məmurların maaşının 6 ay müddətində kəsiləcəyini açıq elan edib.



Xanım Ardern "İndi Yeni Zelandiyadakı fərqli vəzifələrdə olan insanlar arasındakı boşluğu doldurmağın əsl vaxtıdır" deyə bildirib. Baş nazir kəsilən maaşların simvolik olduğuna diqqət çəkərək, bu məbləğin pandemiya ilə mübarizə büdcəsinə elə də böyük fayda verməyəcəyini bildiyini vurğulayıb.

Verilən yeni qərar Baş nazir özü də daxil olmaqla bütün nazirlərə və dövlət qurumlarının rəhbərlərinə şamil ediləcək.  Bundan əlavə müxalifət lideri Simon Bridges də maaşının könüllü olaraq eyni şəkildə azaldılmasını istəyib.

Ardern  maaş azalmasının koronavirusla birbaşa mübarizə aparanlara şamil edilməyəcəyini bildirib. Baş nazir Jakinda Ardern vəzifəsinə görə illik 471 min Yeni Zelandiya dolları (təxminən 481,930 azn) maaş alır.

 
9 ölüm hadisəsi

Rəsmi məlumatlara görə təxminən 5 milyon əhalisi olan ölkədə 1300-dən çox Covid-19 yoluxma hadisəsi və xəstəlik səbəbiylə 9 ölüm hadisəsi qeydə alınıb.
 
 
 

Mənbə: tr.euronews.com
qadinkimi.com