Zadie Smith məşhur ingilis yazıçısıdır. Somerset Maugham mükafatının qalibi (2006), Orange Award (2006) və James Tait Black adlı ədəbi mükafatlar qazanıb. Yazıçılıqla bağlı on məsləhəti var:
Yazıçılar üçün 10 ipucu:
1. Uşaqlığınızı çox kitab oxumaqla keçirin. Hər şeydən çox buna vaxt sərf edin.
2. Yetkin vaxtı öz yazdıqlarınızı oxuyun, bir yad adam, hətta bir düşmən gözü ilə.
3. "Missiyanızı" romantizasiya etməyin. Çox sadədi - yaxşı cümlələr yaza və ya yazmaya bilirsiz. " Yazıçı həyat tərzi" deyə bir şey yoxdur. Önəmli olan səhifəyə tökdüyünüzdü.
4. Zəifliklərinizi
gizləyin. Ancaq bunu elə edin ki, bacarmadığınız işə mənasızlıq kimi
yanaşmanıza çevrilməsin. Özünüz bacarmadığınız şeyi nifrət maskası arxasında gizlətməyin.
5. Yazı ilə
redaktə arasında ciddi vaxt fasiləsi saxlayın.
6. Klik, dəstə,
qruplarlardan uzaq durun. Bu sizi yaxşı
yazıçı edə bilməyəcək.
7. İnternetdən
çıxın - kompüterdə işləyən zaman.
8. Vaxtınızı və
iş mühitinizi hər kəsdən qoruyun. İşləyərkən hər kəsi özünüzdən uzaq tutun, hətta
ən əziz adamları belə.
9. Mükəmməlliyi
uğurla qarışdırmayın.
10. Həqiqəti
yazın, hətta duvaqla örtməli olsaz belə, yazın. Bir gerçəklə barışın, heç vaxt
məmnunluq hissiniz olmayacaq, buna görə də həmişə kədər hiss edəcəksiz.