BİŞ-DÜŞ
Yaz salatları Tarix : 21 İyul 2023, 15:21

Düyü salatı


Ərzaq: 

Bişmiş düyü - 1 stəkan

Duzsuz fıstıq - 1 stəkan

Ərik qurusu - 10 ədəd

Portağal - 1 ədəd

Nanə - 1 dəstə

Bişmiş ət - 200 qram

Duru yağ - 3 xörək qaşığı

Duz, istiot zövqə görə


Hazırlanması: 

Suda bişmiş düyünü duru yağda qızardıb, üzərinə yarım portağal şirəsini sıxıb, odda 5 dəqiqə bişirin. Fıstıqları qovurub, ortadan bölün, üzərinə xırda doğranmış əti, ərik qurusunu və hazırlanan düyunü əlavə edib, qarışdırın.

Qarışığın üzərinə rəndələnmiş portağal qabığı, nanə yarpaqları, duz, istiot əlavə edin. 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.


"Qabriel" salatı


Ərzaq:

Şampinyon göbələyi - 6 ədəd

Bişmiş toyuq əti - 300 qram

Kərə yağı - 50 qram

Qaymaq - 200 qram

Keşniş, şüyüd - 1 dəstə 

Duz, istiot zövgə görə


Hazırlanması:

Göbələyi təmizləyib doğrayın. Kərə yağında bir az qızartdıqdan sonra üzərinə xırda doğranmış toyuq ətini əlavə edin. 5-10 dəqiqə qızardıb üstünə 100 gram qaymaq tökün.

Odun üstündə 5 dəqiqə saxladıqdan sonra kənara qoyun. Bir az soyuyan kimi üzərinə daha 100 qram qaymaq, xırda doğranmış

göyərti, duz, istiot əlavə edin. Süfrəyə ilıq halda verilir. 


"Yaşıl dəniz" salatı


Ərzaq:

Konservləşdirilmiş qarğıdalı - 1 banka

Krab çubuqları - 200 qram

Yumurta - 2 ədəd

Pendir - 50 qram

Mayonez - 200 qram

Düyü - 1 stəkan

Yaşıl soğan - 2 dəstə

Duz, istiot zövqə görə


Hazırlanması:

Krab çubuqlarını, soğanı, suda bişmiş yumurtanı xırda doğrayın. Üzərinə rəndələnmiş pendiri, qarğıdalını, bişmiş düyunü, duz, istiot və mayonezi əlavə edib qarışdırın.


"Zoluşka" salatı


Ərzaq:

Bişmiş balıq - 500 qram

Bişmis kartof - 500 qram

Marinadlaşdırılmış göbələk - 300 qram

Soğan - 1 ədəd

Mayonez - 200 qram

Göyərti, duz, istiot zövqə görə


Hazırlanması:

Göbələyi, balığı və kartofu dördkünc şəkildə doğrayın. Uzərinə xırda doğranmış soğan, göyərti, duz, istiot və mayonez əlavə edib qarışdırın. Süfrəyə verərkən üzərini xırda doğranmış zeytun və krab çubuqları ilə bəzəyin. 


"Rafaello" salatı


Ərzaq:

Bişmiş toyuq əti - 500 qram

Qoz - 400 qram

Xama - 300 qram

Gavalı qurusu

Duz, istiot zövqə görə


Hazırlanması:

Bişmiş toyuq ətini xırda-xırda doğrayın. Üzərinə üyüdülmüş 200 qram qoz, xama, duz, istiot əlavə edib, qarışdırın.

Qarışıqdan 1 xörək qaşığı göturüb, arasına xırda doğranmış gavalı qurusu qoyub, qoz formasında yumrulayın.

Hazırladığınız yumruları üyüdülmüş goza batırıb, süfrəyə verin.


qadinkimi.com