BURA / ORA, GENDER
Yaponiyada qadınlara eynək qadağası cəmiyyəti bir-birinə vurub Tarix : 11 Noyabr 2019, 17:44

"Eynək qadağası" həştəqi Yaponiyada sosial şəbəkələrdə trendə çevrilib (#メガネ着用禁止). 

Söhbət kompaniyalarda qadın işçilərə eynəyin faktiki qadağan edilməsindən gedir.   

Nippon TV-də bununla bağlı süjet getdikdən sonra mövzu geniş disskusiyalara səbəb olub. Hüquq müdafiəçilərini bir sual düşündürür: " Niyə bu qadağa yalnız qadınlara aiddi?".

Şirkətlər qadınlardan eynək yox, linza taxmağı tələb edir. Eynəklə müştəri ilə ünsiyyətin narahatlıq yaratdığı qeyd edilir. Digər tərəfdən eynək taxmaq qadın nəcibliyinə xələl gətirirmiş. Buna görə də hətta tibbi icazə olmasa belə qadınlar eynək yox, linza taxmalıdılar.  Bu cür diskriminasiya haqda sığorta kampaniyasının satış assistenti Banri Yanaqi danışıb: "Kişilərə icazə verilir, qadınlara isə yox, qəribədi". 

"Eynək iş üçün real problem yaradırsa, hamıya aid edilməlidi", - aktrisa Yumi İsikava yazır. İsikava qadınlara işə dikdabanda gəlmə tələbinə qarşı petisiyanın müəllifidi. Petisiya Change.org platformasında yer alıb və axşama artıq 31 min imza yığıb.

Bu kampaniya #KuToo - kutsu (ayaqqabı) və kutsuu (ağrı) - həştəqi ilə  #MeToo-nun analoqu kimi yaradılıb. 

Kioto universitetinin sosiologiya üzrə professoru Kumiko Nemoto yaponların köhnə qaydalara qarşı çıxdığını deyir. 
"Qadınların eynək qadağasının səbəbi məntiqsizdi. Məsələ genderdədi. Bu, çox diskriminativ tələbdi", - Kumiko Nemoto deyib. 
İşə hündürdabanda və eynəksiz gəlmək tələbi ənənəvi yapon təfəkkürünün məhsuludu. Şirkətlər eynəyin qadını xoş göstərmədiyini düşünərək bunu edirlər. İşin keyfiyyətinə məsələnin heç bir aidiyyatı yoxdu". 

Ənənə tərəfdarları isə eynəyin milli geyimlə uyğunlaşmadığını deyirlər. 
Tvitter istifadəçisi bu haqda yazıb: "İşdə mənə deyirlər ki, kimono ilə eynək uyuşmur. Birdən sənin eynəyin müştərinin yeməyinə düşdü?" 
Buna etiraz olaraq sosşəbəkə istifadəçiləri məşhur eynəklilər və milli yapon geyimində eynəkdə olan tanınmış yapon xadimlərinin fotolarını paylaşıblar. Onlardan ən çox yayılanı yazıçı Uno Tiyonun kimonoda eynəkli şəklidi. 

İyun ayında aktivistlər dikdabanla bağlı petisiyanı ölkə rəhbərliyinə təqdim edib. O zaman Səhiyyə Əmək və Sosial Müdafiə naziri olan Takumi Nemoto heç bir problem görmədiyini bildirib. Onun sözlərinə görə bu təcrübə cəmiyyət tərəfindən dəstəklənir. 
"Cəmiyyətdə iş geyimi norması anlayışı var", - Takumi Nemoto deyib. Sitatı Kiodo Tusin agentliyi verib. 
Nazirliyin nümayəndəsi Rütaro Yamaqisi Blumberq agentliyinə bildirib ki, dress-kodda dəyişiklik haqda məsələyə baxılmayıb. Eləcə də onun "eynək qadağası" həştəqindən xəbəri yoxdu. 

qadinkimi.com