1.Naməlum tarixi qəhrəmanın igidlikləri haqqında yazırlarsa, deməli o qəhrəman qadındır.
Virciniya Vulf, yazıçı
2. Qadın olmaq həm də ona görə asan deyil ki, onlar istər-istəməz kişilərlə ünsiyyətdə olmalıdılar.
Jozef Konrad, yazıçı
3. Əgər siz nəsə eşitmək istəyirsizsə, bir kişiyə müraciət edin. Əgər hər hansı bir işin görülməsini istəyirsizsə, o zaman qadına müraciət edin.
Marqaret Tetçer, siyasətçi
4. Heç nəyə baxmadan qadın öz istədiyi kimi yaşamalıdır, əks halda bir gün heç yaşamadığını etiraf etməli olacaq.
Devid Lourens, yazıçı
5. Bəzi qadınlar nə vaxtsa yanılır. Sonra bu yanlışa görə həyatlarını qura bilmirlər. Bu onların səhvidir.
Şer, müğənni
6. Qadınlar evliliyin ilk 10 ilində kişini dəyişməyə çalışır, sonra da ”biz evlənəndə o belə deyildi” deyə şikayətlənirlər.
Barbara Straynzand, aktrisa
7. Qadın yalnız seviləndə bütöv şəxsiyyət olur.
Aleksandr Dyuma, yazıçı
8. Qadına qalib gəlmək mümkün deyil. Xoşagəlməz duyğular yaşamaq istəmirsizsə, heç buna cəhd də etməyin.
Uilyam Folkner, yazıçı
9. Qadını anlamağa çalışsanız, ondan zövq ala bilməyəcəksiniz.
Freddi Merkyuri, müğənni
10. Yalnız sevə bilən qadınlar maraqlı deyil, darıxdırıcıdırlar. Sevməyi və nifrət
etməyi bacaran qadınlar daha maraqlıdır.
Oskar Uayld, yazıçı
11. Qadınlar kişiləri tanıya bilsəydilər, heç vaxt onlarla ailə qurmazdılar.
Corc Bernard Şou, yazıçı
12. Qadın cəsarətinin səbəbi onların hər şeylə maraqlanmasıdır. Kişilər çox şeyə maraq göstərmir, çünki öyrənmək üçün cəsarəti çatmır.
Viktor Hüqo, yazıçı
13. Heç kim qadın doğulmur. Zamanla qadın olur.
Simon de Bovuar, yazıçı
14. Qadınlar nə istədiklərini, arzuladıqlarını söyləməyə cəsarət etmirlər. Ona görə də onlar istədiklərini əldə edə bimirlər.
Madonna, müğənni
15. Həyatının mənasını hansısa bir kişidə görən qadın ömründə heç bir işlə məşğul olmayan qadındır.
Şahzadə Diana
16. Qadın kişini daha həlim, zəif edə bilər . Onu necə görmək istədiyinə özü qərar verir. Buna görə də o qorxuludur.
Ziqmund Freyd, psixoanalitik
qadinkimi.com