QADIN / KİŞİ
Xoşbəxt qadın həmişə bir az “elə deyil” Tarix : 15 Avqust 2022, 09:00
Xoşbəxt qadın həmişə bir az "elə
deyil”.

Saçını ideal düzləşdirməz, üz-gözünü çox da yaxşı rəngləməz, təpədən dırnağa doqquzluq geyinməz.

Ancaq gözlərini ovuşdura bilər, saçlarını əlləri ilə cəsarətlə geri atar və bütün axşamı narahat paltarını dəyişmək haqda düşünməz. Ayaq barmaqlarının şəklini və ya dodaqlarını büzərək gərgin foto paylaşmaz. Heç şəklinin çəkildiyini hiss etməz. Sadəcə ürəkdən gülər, dişlərinin əyri olmasının dərdini də çəkməz, gülməli görünməkdən qorxmaz.

Hamının ona qızının rəfiqəsi və ya bacısı kimi göründüyünü söylədiyini dilə gətirməz. Çünki bu belədir, təsdiqə ehtiyacı olmaz. Dırnaqlarını gellə boyamaz, üç saat lampa və iynə altında uzanmaz ki, səhər əri onun həmişə gözəl olduğunu düşünsün. Yediyi dietik sıyığı çəkib camaatla bölüşməz, çünki sıyıq sadəcə yeməkdir və onu yeyir, bu qədər. Qarın əzələsi olsa belə çəkib paylaşmaz.
Uşaqlarını ideallaşdırmaz, hər gün əri ilə qucaqlaşaraq şəkil çəkdirməz. O, sadəcə yaşayar.
Qoy lap bir az nəyisə "elə deyil”,  amma xoşbəxtdir.

Ekaterina Balzamova
qadinkimi.com