Övladınızla dost olun
Tarix : 28 Fevral 2026, 19:30
Uşağa xeyri şərdən, pisi yaxşıdan ayırmağı da öyrətməliyik. Bu o demək deyil ki, biz onu şərdən, pisliklərdən qoruya biləcəyik, ya o tamamilə qoruna biləcək, amma bu ona kömək edəcək. Bununla biz həm də onu xeyirxahlığa yönləndiririk.Xeyirxahlığın sevincini yaşatmaq və bunu 10-12 yaşa qədər etmək lazımdır. Sonra gec olur.
14-15 yaşlarında yeniyetmələrin psixologiyası formalaşmağa başlayır. Bu zaman onların baxdıqları filmlərin təsirini də diqqətdən kənar qoymaq olmaz. Məsələn elə filmlər var ki, baş qəhrəman peşəkar oğrudur, həm də sədaqətli "dost”dur. Dostlarınıa qarşı səxavətlidir, amma bu pullar oğurluqdur. Yeniyetmələrdə bəzi hallarda bu qəhrəmanlar yanlış duyğular oyadır. Yaxşı dostdursa, deməli yaxşıdır. Bu təhlükəli yanaşmadır. Ona görə də onların baxdıqları filmlərə belə diqqət etməlisiniz. Ancaq bunu hay-küy salaraq, qışqır-bağırla etmək olmaz.
Uşaqlar nağılları sevir. Əslində nağıllar xeyrin, müsbət qəhrəmanların qələbəsindən bəhs etsə də, pislərin olmasını da göstərir. Ümumiyyətlə, oxunan nağıl və ya hekayənin, hətta cizgi filminin uşaqlarla müzakirəsi də uğurlu nəticə verir.
Bəzən uşaqlara, hətta böyüklərə də özünəgüvən yaratmaq üçün "Mən yaxşıyam. Mən hamıdan yaxşıyam” ifadələrini öz-özlərinə bərkdən söyləmək tövsiyə olunur. Bu sevgi yox, özünə təlqindir, doğru yanaşma deyil. Uşağa özünü sevməyi aşılamaq, dəyərli olduğunu hiss etdirmək lazımdır. Uşaqda özünün müsbət obrazını yaratmaq lazımdır. Bu özünəhörmət hissini yaradır. Yəni uşağın gördüyü işləri, xarici görünüşünü dəyərləndirmək, tərifləmək lazımdır. "Belə et” deyə əmr etmək yox, "bəlkə belə etsən, daha yaxşı olar” kimi yanaşma daha müsbət nəticə verir. Uşaqlar daim böyüklərin diqqətini, qayğısını, dəstəyini hiss etməlidir və öz "mən”ini formalaşdırmağı bacarmalıdır.
Uşağı tez-tez danlamaq, səhvlərinə görə qışqırmaq olmaz. Uşaq bilmədən, ya maraqdan oyuncağını sındıra bilər., ya paltarına ləkə sala bilər. Bu uşağı aqressiv, əsəbi edir, onda qorxu hissi yaradır. Siz bu qorxunun qarşısını ala bilərsiz.
Bəzən dünənə kimi icazə verdiyiniz hər hansı hərəkətə bu gün qadağa qoya bilərsiz. Buna baxmayaraq övladınız bu hərəkəti təkrarlayırsa, cəzalandıra da bilərsiz. Bu yolverilməzdir. Bu məsələ zamanla həll olunmalıdır. Siz özünüzün də səhv etdiyinizi etiraf etməli, bunun xoşagəlməz, ziyanlı olduğunu anlatmalısınız.
Tərbiyədə düzgün olmayan yanaşmalardan biri uşağı hər zaman haqlı, ətrafı
günahkar çıxarmaqdır. Bu uşaqda ətrafa mənfi münasibət yaradır. Onda öz
hərəkətlərinə cavabdehlik hissini-məsuliyyəti zədələyir. Uşağa öz səhvlərini
görməyi öyrətmək lazımdır.
Qanınız
qaradırsa. BƏZƏN UŞAĞIN BİR HƏRƏKƏTİ SİZİ QICIQLANDIRA BİLƏR.
Bunu diqqətdə saxlayın.
Övladınızla dost olmağa çalışın. Elə dost ki, o sizinlə bölüşə bilsin. Çətinə düşdüyünü düşünəndə sizdən məsləhət almağa ehtiyac duysun!
Qadinkimi.com