QADIN / KİŞİ
Vaxtında düzgün qərar verin Tarix : 29 Yanvar 2022, 17:17

İki tip münasibətə vaxtında son vermək daha yaxşıdır: qaynar (və ya coşqulu) və laqeyd

Qaynar, amma ölmüş münasibətlər yalnız ehtirasa bağlıdır.

Qaynar münasibətlərdə cütlər tez-tez mübahisə edir: niyə mənə baxmadın, niyə gec gəldin, bu dəsmal yerində deyil, çörək almağı unutmusan və s. kimi bəhanələr münaqişəyə aparır.

Cütlük bir birinin arzu və istəklərini, tələblərini nəzərə almır. hər biri daha çox özünü, öz məqsədlərini düşünür. Məsələn, qadının təzə paltar, kişinin başqa bir şey almaq istəyi olur. Heç biri güzəştə getmir. Nəticədə hər iki tərəf uduzur. Belə ailələrdə, ya münasibətlərdə demokratiya yoxdur. Avtoritarizm hökm sürür, yəni biri o birinə mütləq tabe olmalıdır. Belə birgəliyi davam etmənin mənası yoxdur.

İkinci laqeydlikdən yaranan "ölü” münasibət var. İlk baxışdan sakit görünür hər şey. Amma cütlüyün bir-birinə marağı yoxdur. Onlar artıq intim münasibətə də can atmırlar. Ailədirsə, buna vəzifə borcu kimi baxırlar. Elə bil tamam yad bir adamla eyni mənzildə yaşayırlar. Yəni daha onu görmə sevinci yoxdur. Mübahisə də etmirsiz. Çünkü ona qarşı laqeydsiz. Biryerdəlik sizi yorur. Birlikdə gəzintiyə və ya qonaq getmək istəmirsiz. Birlikdə olduğunuz məclislərdə başqaları ilə ünsiyyətdə olmağa can atırsız.

 

 Qadın-kişi münasibətləri: tərəflər nə istəyir?


Belə birgəliyin sonu da ayrılıqdır.

Həyatınıza qarşı diqqətli olun. Münasibətlərinizin hansı həddə olmasını müəyyənləşdirin. Həyat dözərək yaşamaq üçün deyil sevərək yaşamaq üçündür.

Vaxtında bir-birinizi incitmədən düzgün qərar verin.

 


 

qadinkimi.az