Vanil səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilən dadverici bir ədviyyədir.
Vanilla planifolia - orxideya fəslindən sarmaşan bitki lianadır və Mərkəzi, Cənubi Amerikada yetişdirilir. Vanil olduqca bahalı ədviyyat sayılır. Buna səbəb, çətin və ağır yetişdirmə prosesi və az məhsuldarlıqdır. Dünyaca məşhur olan bu ətirli ədviyyat müxtəlif mətbəxlərdə şirniyyatlara, içkilərə, hətta ət xörəklərinə əlavə olunur.
Vanili yığdıqdan sonra, onu qaynar 63-65 C suya ya sobaya yerləşdirirlər, hər bir vanili yun dəsmala büküb 10 gün ərzində 1 saatlıq gündə saxlayırlar.
Vanil həm də kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır, daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar.
Hələ qədim zamanlardan vanil qoxusu ən güclü afrodiziaklardan biri sayılırdı. Yəni qısacası vanilin qoxusu cinsi həvəsi artırmaq qabiliyyətinə malikdir.
⠀
Vanil ekstraktı isə vanilin spirtdə saxlanmış cövhəridir. Onu özünüz də hazırlaya bilərsiniz amma 6 ay qaranlıq yerdə saxladıqdan sonra istifadəyə yararlı olur. Vanil ekstraktı istini sevmir ona görə onu bişmələrə yox yalnız kremlərə və musslara əlavə etmək məsləhət görülür.
⠀
Vanil konsentratı - vanil ekstraktına nisbətən qatı və daha ətirli olur.
⠀
Vanilli şəkər tozu - vanil ilə ətirləndirilmiş şəkər tozudur. (Təbii ya süni vanillə olmasını tərkibini oxumaqla bilmək olar)
⠀
Təbii vanil tozu - bu qurudulmuş və üyüdülmüş vanildir. Yuxarıdakılara nisbətən daha ətirlidir və istiyə davamlıdır (şirniyyatlar üçün bu daha məqsədəuyğundur). Və istehsalatda istifadəsi cibə daha münasib sayılır.
Təbii vanildən tək ədviyyat kimi deyil, həm də müalicəvi vasitə kimi istifadə olunur. Əsl vanil güclü antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə "xoşbəxtlik hormonu" adlandırılan serotoninin ifrazını artırır. Nəticədə insanın əhval-ruhiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyəcan azalır. Bu xoş ətirli ədviyyat eyni zamanda insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı stimullaşdırır.
Aromalampaya 1-2 damcı aromatik vanil yağı töküb evi təravətləndirin və ya vanil yağı ilə vanna qəbul edin. 5 damcı vanil yağını 100 q südə əlavə edib yaxşı qarışdırın və sonra bu qarışımı vannaya əlavə edin. 15 dəqiqə ərzində bu vannanı qəbul edə bilərsiz. Stress və depressiya zamanı belə müalicəvi vannalar çox yaxşı kömək edir.
Alimlərin qənaətinə görə, təbii vanil orqanizmdə xərçəng hüceyrələri ilə də mübarizə apara bilir.
Vanilin belə baha və az tapılan olduğunu görən kimyaçılar çıxış yolunu vanilini kəşf etməkdə görürlər. Vanilin fərqli üsullarla ağac (qvayakola) və düyü qırıntılarının xüsusi fermentasiyası ilə alınır. Bir də etilvanilin var ki, onun da ətri vanilindən geri qalmır. Əlbəttə, bu ətirlər təbii deyillər və əsl vanilin ətrinin imitasiyalarıdır. Alıcılar arasında isə çox vaxt allergik reaksiyalar yarada bilir.⠀
qadinkimi.com