SEVGİ, UŞAQ / BÖYÜK
Valentina Oseevanın "Nənə"si Tarix : 21 Yanvar 2021, 01:34

Nənə dolubədənli idi, yumşaq, musiqili səsi vardı. "Bütün otağı doldurur" - deyə Borkanın atası deyinirdi. Anası "Neyləsin? Hara getsin?” - etiraz edirdi.

" Dünyanı tutub durub. Qocalıb, əlillər evidir onun yeri”.

Evdə hamı, Borka belə nənəyə artıq adam kimi baxırdı.

Nənə sandığın üstündə yatırdı. Bütün gecəni yerində fırlanırdı.

Səhər hamıdan tez oyanır, mətbəxdə səhər yeməyi hazırlayırdı. Sonra qızını və kürəkənini oyadırdı: Oyanın artıq. Çay hazırdır. İşə getməzdən əvvəl bir çay için.

Sonra nəvəsini oyadardı: - Atam, oyan, məktəbə gec qalarsan.

Borka yuxulu səslə mızıldanırdı: Niyə? Məktəbə getmək nəyə lazımdı axı?..

- Ona görə ki savadsız adam lal-kar kimidir.

- Nənə, get başımdan...

Bu anda kürəkənin səsi gəlirdi: "Bu qaloşlarımı hara qoymusan? Niyə onları gizlədirsən?”

- Bax, burdadı, göz qabağında. Dünən onlar palçığa batırmışdın. Mən də yuyub təmizlədim.

Borka məktəbdən gələndə paltosunu, məktəb paltarlarını soyunub eləcə nənənin üstünə atır, çantasını hara gəldi tullayırdı: - Nənə, yemək.

Nənə tələsik süfrə açırdı. O, nəvəsinin yemək yeməyinə həvəslə tamaşa edir, onun söhbətlərini sevə - sevə dinləyirdi.

"Borka, hər şey yaxşıdı, pis də, yaxşı da”- deyərdi nənə

"Nə dadlı kisel bişirmisən, nənə. Özün yemək yemisən? – soruşardı Borka.

- Əlbəttə, yemişəm. Mən yaxşıyam, yaxşıyam.

Bir gün Borkanın dostu gəldi. İçəri girən kmi”Xoş gprdük, nənəcan” – deyib nənəylə görüşdü. Borka "Qoca arvaddı. Onunla danışmasan da olar” anlamında dostunu dürtmələdi.

Nənə koftasını düzəltdi.Dilinin altında” Xoş söz demək lazımdı, xoş söz lazımdı”.

Qonşu otağa keçəndə dostu Borkaya dedi:

- Bizdə belə deyil. Hamı nənə ilə görüşür, hal - əhval tutur, evdəkilər də, yadlar da. Hamı. O evdə başçıdır.

- Necə yəni?

- Axı, o hamını böyüdüb, zəhmətimizi çəkib. Nənəni incitmək olmaz. Bax, atan bilsə, səni tənbeh edəcək.

- Etməz, özü onunla danışmır heç.

Bu söhbətdən sonra Borka tez-tez nənənin kefini soruşurdu:

- Nənə, necəsən? Biz sənin xətrinə dəyirik?

Ata-anasına isə "Nənəni incitməyin, o hamımızdan yaxşıdır. O hamının qayğısına qalır, onun qayğısına qalansa yoxdur”.

" Sən ata-ananı mühakimə etməyi kimdən öyrənmisən? Bizə göstəriş verməyə yaşın çatmır”- Ata hirslənərdi.

Nənə isə gülümsəyirdi: Axmaqlar, sevinmək lazımdır. Oğul böyüyür. Mən yaşamışam artıq, sizin qocalığınız qabaqdadı. Məhv etdiyiniz heç nəyi geri qaytara bilməyəcəksiniz.


***


Borka nənənin üzündəki qırışlara baxardı: xırda, dərin, kiçik, böyük...

- Nənə, niyə üzündə belə qırışlar var? Qocalıqdandı?

- Təkcə yaşla olmur. Həmişə qırışlar olmayıb ki? Qırışlarda insanın həyatı var. Övlad itirmişəm, baban müharibədən qayıtmayıb, aclıq çəkmişəm, təkbaşına qalmışam, çox çətinliyim olub. Güclü yağış da torpaqda yarıqlar açır.

Borka güzgüyə baxır "Ey nənə, sən nə deyirsən?” – deyə mızıldanırdı.

 

Yazar.in | Cavidan Hacıyev | Nənə

 


 

***


Son vaxtlar nənə güclə hərəkət edir, tez – tez otururdu. Beli də əyilmişdi.

"Torpağa əyilir. Az qalıb”-deyirdi zarafatyana ata. Ana isə "Yaşlı adamnan nə istəyirsən?” – deyə hirslənirdi. Amma asta - asta hərəkər edən anasına da irad bildirirdi:

- Ana, lap tısbağa kimisən. Bir işin dalınca gedirsən, qayıda bilmirsən.

 

Nənə mayda öldü. Elə pəncərənin qarşısında kətildə oturduğu yerdə. Əlində toxuduğu yarımçıq corab vardı. İp yumağı yerdə idi. Masanın üstündə yemək dəsti qoyulmuşdu. Nəvəsini gözləyrmiş yəqin...


Nənəni sabahı gün dəfn etdilər.

 


Borka evə gələndə anasını açıq sandığın qarşısında oturmuş gördü.

Ana sandıqdakıları çıxarırdı.”Bunlar mənimdi”-deyə kövrəldi. Nənə qızının uşaqlıq paltarlarından saxlamışdı. Sonra nənənin toxuduğu paltarları çıxardı. Nənə hamısı üçün geyimlər toxumuşdu. Borka üçün əlcəklər, corablar. Gözəl ipək köynək də nəvəsi üçün idi. Sandığın dibində lentlə bağlanmış kiçik bir bağlama vardı. Ata bükülünü götürüb o üz, bu üzünə çevirdi. Böyük hərflərlə yazılmış sözləri oxudu” Nəvəm Boryuşkaya”.

Borka avazıdı, atasının əlindən bükülünü dartıb aldı və sürətlə evdən çıxdı.Küçə ilə baş alıb getdi, hansısa bir hasarın dibinnə çökdü…

Evə çox gec qayıtdı Ağlamaqdan gözləri şişmiş Borkanın dizləri palçığa bulaşmışdı. Soyunub yerinə uzandı. Bükülünü balışının altına qoydu. Yorğanı başına çəkdi: Səhər nənəm gəlməyəcək…"

 

 


 

Valentina Oseeva

 

Tərcümə Kamalə Abiyeva

qadinkimi.com üçün