Uşaqların sevimlisi Supermenin doğum günüdü
1 iyun 1938-ci ildə Amerikanın məşhur Action Comics jurnalının ilk nömrəsi çıxıb. Bu jurnalda dünyada ən çox tanınan komiks qəhrəman Supermen peyda olub.Supermenin hekayəsini Djerri Siqel yazıb (1914–1996), yaxasında böyük S hərfi olan yapışıq göy kostyumda təsvir edilən qəhrəmanın rəsmini isə Djo Şuster çəkib.
Komiksin süjeti Bibliyadan götürülüb.Musa peyğəmbərin hekayəsinə bənzədilib.Firon yeni doğulan yahudi oğlanlarını öldürməyi əmr edir. Oğlunu qorumaq üçün anası onu bir səbətdə axar çaya qoyur. Balaca Musanı fironun qızı tapır və atasından gizli onu anası ilə birgə böyüdürlər.
Supermenin də ata-anası öz uşağını xilas edir.Onların doğma planeti Kripton məhv olmaq üzrədi.Onlar da öz övladlarını kosmik kapsulanın içinə qoyurlar. Kapsula Yer planetinə düşür.
Supermen burada özünə yeni ev və ailə tapır. Göründüyü kimi super qəhrəman əzilən, incidilən insanlara kömək edir. Cinayətkarlarla mübarizə aparır. Dünyada şərlə döyüşür. Ona ən gözəl qız vurulur. Supermen yanlarında olmayanda insanlar acı çəkirlər. Supermen ölümsüzdü, məğlubedilməzdi. Onu yalnız öz planetində olan Kriptonit- radioaktiv maddə öldürə bilər.
qadinkimi.com