BURA / ORA, UŞAQ / BÖYÜK
Uşaq pulu və sehrli qutu Tarix : 04 Noyabr 2019, 00:31
Yazar : Qadinkimi.com
Ölkəmizdə uşaq pulu, analara dəstək, vətəndaşa doğulandan dövlət qayğısı kimi mövzular gündəmə gəlmişkən, Quzey Avropadan kiçik bir örnək paylaşaq. 

Finlandiyanin yeni doğulmuşlar üçün verdiyi qutunun sirri

 
75 ildir Finlandiya hökuməti hamilə qadınlara bir qutu verir. Bu qutu geyimlər, ədyallar, oyuncaqlar və müxtəlif zəruri vəsaitlərdən ibarətdir. 

 
Qutudan eyni zamanda yataq olaraq da istifadə etmək mümkündür. Bir çoxuna görə isə bu qutu Finlandiyaya "Dünyada körpə ölümlərinin ən az olduğu ölkə” ünvanını qazandırıb.

 
Bu ənənə 1930-cu illərə təsadüf edir və əsas məqsədi fin uşaqlarına ailənin gəlirindən, sinfindən asılı olmayaraq "bərabər” bir başlanğıc təmin etmək olub.

  
Analıq və ya körpə paketi olaraq adlandırılan bu qutular dövlətin bütün hamilə qadınlara hədiyyəsidir.
 

 
Qutuya gödəkçələr, yuxu kombinezonu, küçə geyimləri, duş aksesuarları, bir neçə bez, yataq örtüyü, kiçik bir döşək və yastıq daxildir.

 
Qutu altındakı döşəklə birgə körpənin ilk yatağına çevrilir. Hər sinifdən minlərlə uşaq ilk gecəsini dörd karton divardan ibarət olan bu qutu-yataqda keçirir.

 
Anaların qutunu və ya müəyyən bir məbləğdə pulu seçmə hüququ var. Bu məbləğ 140 avroya qədər olur. Ancaq hamilə anaların 95%-i qutunu seçir.

 
Bu adət 1938-ci ildə başlayıb, lakin o dövrdə yalnız az təminatlı ailələr üçün nəzərdə tutulub.
 


 
Sonra 1949-cu ildə Finlandiya dövləti bu qutuları istənilən sinifdən olan hər kəsə təqdim etməyə başladı.

 
Qutuda ananın ilk günlərdə ehtiyac duyduğu şeylərlə yanaşı, onu gələcəkdə qarşılaşa biləcəyi hər duruma hazırlaşdırma məqsədi ilə məlumat kitabçası da təqdim edilir.
 

 
Eyni zamanda geyimlər qız-oğlan uşaqları arasında dəyişdirilə bilsin deyə "cinsiyyət ayrı-seçkiliyi güdməyən rənglər"də seçilir.
 

 
Lakin 1940-cı illərdə qutudakı geyimlər parça halındaymış, çünki o zaman analar daha çox evdə geyim tikərlərmiş.

 
Anaları ana südü ilə qidalandırmağa həvəsləndirmək üçün əmzik və  yedirtmə qabları qutuya qoyulmur.

 
Qutuda uşağı mütaliəli və mədəni bir şəxs olmağa yönəldən və dövlət dəstəyini simvolizə edən bir kitab da var.

 
Qutunun əsas məqsədi uşaqlara və ailələrə "bərabərlik" anlayışını aşılamaq və heç olmasa bir gecə belə olsa, zəngin və kasıbın eyni şərtlər altında yaşamasını təmin etməkdir.
 

Qadinkimi.com
 
 
Qadinkimi.com