BURA / ORA
Türkiyənin Dənizli şəhərində istismar və qadın cinayətlərinə qarşı insan zənciri... Tarix : 30 Dekabr 2019, 09:30
Yazar : Qadinkimi.com
Son zamanlar Dənizli şəhərində artan uşaq istismarı, qadın cinayətləri və Hafize Kurbanla bağlı baş verənlər şəhərdə yaşayan bütün qadınları küçəyə çıxmağa vadar edib. 

Qadınlar öldürülən qadınların adları yazılı lentlərlə uzun bir insan zənciri yaradıblar. 
Dənizli qadınları Delikliçinar meydanında mətbuata açıqlama verib. 

Candoğan Parkındakı Delikliçınar Meydanına gedən qadınlar öldürülən qadınların adları yazılı lentlər daşıyaraq insanlardan ibarət zəncir yaratdılar.
Denizli'de keçdiyimiz günlərdə baş verən uşaq istismarı nəticəsində öldürülən Hafize Kurban davası ilə əlaqədar bir mətbuat açıqlaması təşkil edən qadınlar, bu yaxınlarda Candoğan Parkında toplanaraq və Delikliçınar Meydanına yürüyüb. Əllərində öldürülən qadınların adları yazılı lentlər daşıyan qadınlar uzun bir zəncir meydana gətiriblər.
 


İctimai yataqxanalara ayrılan vəsaitin ləğv edilməsi

Qadınlar adından açıqlama verən Fatoş Alcalı 12 yaşlı bir uşağın ictimai yataqxanada təcavüzə uğradığı xəbərini xatırladaraq belə deyib:  "Bizi insanlığımızdan utandıran bu hadisənin günahkarlarının ən qısa müddətdə lazımı cəzalarını almasını istəyirik ”. İctimai yataqxanalarda daha öncə baş verən qalmaqalları da  xatırladan Alacalı, yataqxanalar üçün ayrılan maliyyə vəsaitlərinin ləğv edilməsini, imtiyazların qaldırılmasını və dövlət qurumları ilə edilən protokolların ləğv edilməsini tələb edib.

Əri tərəfindən iki uşağının gözü qarşısında öldürülən Hafize Kurban cinayət hadisəsini də izlədiklərini qeyd edən qadınlar, 3 yanvarda baxılacaq istintaq üçün həmrəylik çağırışı edib. "3 yanvar Cümə günü Hafize Kurbana ədalət istəmək üçün ədliyyədə olacağıq. Biz, qadınlar, uşaqlara və qadına qarşı edilən hər cür zorakılıq, təcavüz, şiddət və qətl mövzusunda bir yerdəyik və güclüyük. Biz yas içində deyilik, üsyan edirik ”.

Mətbuat açıqlamasından sonra qadınlar oturma protesti ediblər.


qadinkimi.com