BURA / ORA
Türkan Turanın Türkiyədə romanı çap edilir - “Saranın gözləri” Tarix : 28 Dekabr 2019, 09:51

Azərbaycanlı yazar, "525-ci qəzet"in əməkdaşı Türkan Turan bu gün Türkiyənin Doğan Egmont Yayın Evi ilə müqavilə bağlayıb.

 


Qadinkimi.com Azxeber.com-a istinadən xəbər verir ki, yazıçı dedektiv janrda qələmə aldığı "Saranın Gözləri" romanının 2020-ci ilin may ayının sonu, iyun ayının əvvələrində işıq üzü görəcəyini deyir: "Anlar var, məqamlar var. Bu gün isə həyatımın hadisəsi oldu. Yuxu kimidir, amma gerçəkdir. "Saranın gözləri" romanı həm Azərbaycan, həm də dünya ədəbiyyatı üçün gözəl töhvə olacağına ümid edirəm".


Qeyd edək ki, Türkan Turan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. "Saranın gözləri" yazıçının ikinci kitabı və ilk romanıdır. İlk kitabı azərbaycan dilində nəşr edilən "O" esselər toplusudur.

 


 

Mənbə: azxeber.com

qadinkimi.com