BURA / ORA
Tibbi maskalar koronavirusdan qoruyurmu? Tarix : 24 Mart 2020, 21:38
Yazar : Qadinkimi.com
Çinin Uhan şəhərində meydana çıxan və 5 qitəyə yayılan yeni növ koronavirus infeksiyasından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan başlıcası qoruyucu maskalardır. "Bəs bu tibbi maskalar virusa qarşı nə dərəcədə effektlidir?" ,  "bizi həqiqətən qoruyurmu?" kimi suallar son günlər nəinki Azərbaycanda, eləcə də bütün dünyada ən çox müzakirəyə səbəb olan mövzulardandır.

Vanderbilt Universiteti Tibb Mərkəzinin açıqlamasına görə, bütün viruslar adi qoruyucu maskadan belə insana yoluxacaq qədər kiçik olur. Ancaq mikroblar məhz maskaların sayəsinə havaya yayılmır. Viruslar insanlara əsasən öskürək, asqırma yolu ilə havaya yayılan tüpürcəklərdən keçir. Maskalar həmin tüpürcəklərin yayılmasının qarşısını alır.

Dünya səhiyyə təşkilatının verdiyi məlumata görə:

Maska taxmayın; o halda ki, siz özünüzü yaxşı hiss edirsiniz, öskürmürsünüz, asqırmırsınız, qızdırmanız və nəfəs almada çətinlikləriniz yoxdur. Maskanın bu virusa qarşı qoruduğuna dair heç bir göstərici yoxdur. Bu hal maskanın ön hissəsində tüpürcəyin toplaşmağına səbəb olur və əliniz həmin nahiyyəyə dəydikdə, daha çox özünüzü riskə atmış ola bilərsiniz. Maska taxmaq əvəzinə, tez-tez əllərinizi yuyun. Niyə? Çünki virus havada asılı qalmır və virusa yoluxmiş biri sizə doğru ağzını tutmadan asqırıb, öskürmədiyi halda havadan bunu tutmaq ehtimalınız yoxdur. Sadəcə əllərinizi toxundurduğunuz əşyalarda bu virus varsa, o birinci sizin əlinizə daha sonra da əlinizi üzünüzə toxundurduğunuz halda, gözlər, burun və ağız vasitəsilə orqanizminizə daxil olur. Ona görə də, əllərinizi təmiz şəkildə, ən az 20 saniyə ərzində sabunla yumadan, ya da dezinfeksiya etmədən qətiyyən üzünüzə toxunmayın. İnsanlarla aranızda ən azı bir metr məsafə saxlayın, öpməyin və əl verib görüşməyin. Əgər bunu etdinizsə təkrar əlinizi yuyun. Bu məsafəni saxlaya bilmədiyiniz yerlərdə olmamağa çalışın.

Maska taxın; o halda ki, siz öskürürsünüz, asqırırsınız , qızdırmanız var, ya da sadəcə yüngül bir soyuqdəymə kimi hiss edirsiniz. Bu halda başqa insanları qorumaq üçün maska taxmış olursunuz. Və dərhal medical dəstək istəyin. Normal qripdir deyib, ehtiyyatsızlıq etməyin, çünki olmaya bilər. İlk ağlınıza gələn şey virus olsun. Öləcəyinizi düşünməyin amma ciddiyə alın! Asqırıb, öskürdüyünüz halda ağzınızı tutun və qarşınızda insanlar varsa, əmin olun ki, kifayət qədər aralı dayanmısınız.

Maskanı necə istifadə edib, atmalı?

- Əgər maska istifadə etməyə qərar vermisinizsə, əmin olun ki, tibbi maska istifadə edirsiniz. Maska nəmləndikdə isə onu bir daha istifadə etməyin və dərhal dəyişib yenisini taxın.

- İlk öncə əllərinizi sabun və su ilə yaxşıca yuyun və yaxud dezinfeksiya edin. Sonra maskanı taxın. Maskanı taxarkən ən kənarlarından tutub, qulağınıza taxın, qətiyyən maskanın ön hissəsinə əlinizin dəyməməsi lazımdır, buna xüsusi diqqət yetirin.

- Maskanı çıxararkən eyni şəkildə ön tərəfə toxunmadan, ən kənarlardan tutub səliqəli çıxarın və ağzı bağlı olan hamının istifədə etmədiyi zibil qabına atın və əllərinizi yaxşıca yuyun.
 
 
 

 
qadinkimi.com