BURA / ORA
Təyyarə qəzasında iki sərnişin möcüzəvi şəkildə sağ qalıb Tarix : 26 May 2020, 18:37
Təyyarə əvvəlcə bir baza stansiyasının qülləsinə çırpılıb
 

Məlum olduğu kimi ötən gün Pakistan Beynəlxalq Hava Yollarına məxsus "Airbus 320" təyyarəsi ölkənin Lahor-Karaçi şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 91 sərnişin və 8 ekipaj üzvü olub. Onlardan 97 nəfəri ölüb, yalnız 2 nəfəri sağ qala bilib.
 

Qadinkimi.com xarici KİV- ə istinadən bildirir ki, təyyarədə məşhur pakistanlı model Zara Abidin də olub. Pakistan mediasının yazdığına görə, şahidlərin bəziləri bildirib ki, təyyarə bir neçə dəfə yerə enməyə cəhd edib, lakin buna müvəffəq ola bilməyib.

 

Digər şahidlər isə bildirib ki, təyyarə əvvəlcə bir baza stansiyasının qülləsinə çırpılıb və daha sonra yaşayış sahəsinə düşüb.

Qəzadan Muhammad Zubair və Zafar Masud adlı iki sərnişin möcüzəvi şəkildə sağ qalaraq, xəstəxanaya yerləşdirilib. Muhammad Zubairin bədənin 35 faizi yanıb, Zafar Masudun isə bədənin 4 hissəsində qırıqlar var. Qəza yerində cəsədi tapılan bir şəxsin əvvəlcə sərnişin olduğu deyilsə də, sonradan onun təyyarənin düşdüyü ərazidə yaşayan sakin olduğu məlum olub. Təyyarə qəzasından sonra dünya liderləri Pakistan hökumətinə başsağlığı göndəriblər. Onların arasında Rusiya prezidenti Vladimir Putin, Əfqanıstan prezidenti Eşref Gani, Hindistanın baş naziri Narendra Modi də var. Pakistanın Baş naziri İmran Xan başsağlığı mesajlarına görə sosial media hesabında təşəkkür edib: "Bu faciəli qəza və itki səbəbi ilə başsağlığı verən dünya liderlərinə təşəkkür edirəm. Pakistan xalqı bu dəstəyi və birliyi yüksək qiymətləndirir”. qadinkimi.com