BİLİM / DİN
Özünü tanı - Test 3 Tarix : 28 İyun 2020, 03:27
Özünü tanı - TEST 3

Depressiyaya meyllisənmi?
Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir. 

 
 
Şəkilə heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval - ruhiyyədə olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız - demək deyil.
 
Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız.
 
Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf etmisiniz.
 
Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib.
 
Şəkilə əlavə etdiyiniz şəxs bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə edirsiniz.
 
Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu sizi ruhdan salır.
 
Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var.
 
Əgər insanın digər tərəfə körpü ilə etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək müsbət bir insansınız.
 
 

Yeganə İskəndərova

 

qadinkimi.com