Ərzaqlar:
4 yumurta
1 st şəkər tozu
2 st. un (unun 1 st-nı qara unla əvəz etmək olar)
1 st. duru yağ
2 kök sürtgəcdən keçirilmiş
1 alma sürtgəcdən keçirilmiş (İstəyə bağlıdır)
Yarım portağal şirəsi
Yarım limon şirəsi
100 qr doğranmış qoz
İstəyə görə 100 qr kişmiş
1 ç.q. ucunda duz
1ədəd qabarma tozu
1 ədəd vanil
Yumurta şəkər tozu ilə mikser vasitəsi ilə çalınır. Üzərinə diğər ərzaqlar əlavə edilib taxta qaşıq, ya da spatula yardımı ilə qarışdırılır. Formaya tökülüb 180 dərəcə temperaturda 40 dəq. ərzində bişirilır. Soyuduqdan sonra formadan çıxarılır və üzərinə şəkər kirşanı səpilir.
Qeyd: biskvit hazırlayarkən, hazırladığımız qab və mikserin ayaqları quru olmalıdır. Yoxsa biskvit istədiyimiz şəkildə qabarmaz. Bir də ki, biskiviti 180 dərəcə temperaturdan yüksək bişirmək məsləhət deyil.
Resepti təqdim etdi: Ruqiyyə xanım