QADIN / KİŞİ
Təklik, içki, qadın və... Tarix : 08 Dekabr 2021, 00:17

Alman əsilli amerikalı yazıçı Çarlz Bukovski "çirkli realizm” üslubunda yazıb-yaradırdı. Onun personajları, əşyaları və hadisələri bəzək-düzəksiz təsvir etməsi bir yana qalsın, tərzi həm kobud, həm də çox sərt idi. Tənqidçilər isə Yeraltı və Amerika ədəbiyyatının dahi yazarları arasında yer alan Bukovskinin qəddar realizmini çox keşməkeşli bir həyat sürməsinə bağışlayır.

Bukovskinin dili bir növ şirin fantastik romanlara etiraz və dünya haqqında bütün həqiqəti olduğu kimi ifadə etmək təntənəsi idi. Ancaq o da aydındır ki, hər şeyi dərindən hiss edən və bütün bəşəriyyətlə empatiya quran incə emosional ruha sahib olmasaydı, yazıçının dərin həyat müşahidələri bütün dövrlər üçün eyni dərəcədə aktual və aydın olmazdı. Dünya şöhrətli şair və yazıçı Çarlz Bukovskinin güman edilən "aqressiv maskası” altında məhz belə həssas bir ürək gizlənirdi.

Çarlz Bukovskinin həyat, sevgi və təklik haqqında sitatları:

Hər şey pis olanda getməyə bir yerinin olması yaxşıdır.

Həyat prinsiplərimin ən birincisi: insanlarla ünsiyyətdən qaç. Onlarla nə qədər az qarşılaşsam, özümü bir o qədər yaxşı hiss edirəm.

Yalnızlıq məni gücləndirir; onsuz mən ac və susuzam. Onsuz keçən hər gün məni zəiflədir. Mən təkliyimlə fəxr etmirəm, amma ondan asılıyam.

Yaşamağı öyrənmək üçün bir neçə dəfə ölmək lazımdır.

İllərin mənə öyrətdiyi şeylərdən biri də bu oldu: Xoşbəxtliyi tapmısansa, sorğulama...

İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək ömrünü uzada bilərsən.

Özünü sevdirməyə cəhd göstərmə, sevilməyə məhkum et.

Ölənə qədər yaşamaq çətin işdir.

Sevməyi deyil, təkliyi öyrən! Çünki ən çox ona ehtiyacın olacaq.

Yoxsulluq və cəhalət öz həqiqətlərini yaradır.

Sərxoş olanda dünya hələ də ətrafımda dolanır, amma heç olmasa boğazından yapışmır.

Dünyanı xilas etməyə başlamaq üçün hər bir insanı ayrı-ayrılıqda, bir-bir xilas etmək lazımdır; hamını xilas etmək romantizm və ya siyasətdir.

Yazıçılar çarəsiz insanlardır və ümid tapdılarsa, yazıçılıqdan əl çəkirlər.

25 yaşında hər kəs dahi ola bilər. 50 yaşında bunun üçün nəsə etmək lazımdır.

Şöhrətpərəstlik nadir hallarda istedada kömək edir. Uğur başqa məsələdir. İstedad həmişə onun arxasında gəlir.

 

İşlər yaxşı gedirdi, amma bilinmirdi hara.

 

Əlbəttə ki, bir insanı sevə bilərsiniz, əgər onu çox yaxından tanımırsınızsa.

Bu dünyanın problemi odur ki, savadlı insanlar şübhə ilə, axmaqlar isə güvənlə doludur.

Bir insanı aldatmağı bacarmısınızsa, bu, onun axmaq olduğu anlamına gəlmir - bu, sizə layiq olduğunuzdan daha çox güvəndiklərini göstərir.

Qəlbiniz daşa dönübsə və bunu hiss edirsinizsə, deməli, hələ hər şey itirilməyib.

Sevmək bəlkə dəyərdir. Amma sevildiyini bilmək çox şeydir.

Eşq nə vaxt bitər bilirsənmi? Bitdi dediyində ürəyin ağrımırsa.

Əgər kobudsansa, bunu özün de. Sonra başqası deyəcək. Amma birinci özün desən, onlar tərk-silah olurlar.

Lidiya deyirdi: "Sənin haqqında xoşuma gələn ilk şey televizorun olmamasıdır”.

Qarşılıqlı sevgi tələb etməyəcək qədər qüsurlarımı bilirəm.

Yaxşı və pis olmaq nəzəri olaraq bir şey deyil, amma yaşamaq üçün birini seçməlisən...

Bəzi insanlar dəli olmağı bacarmırlar, onların olduqca darıxdırıcı həyatları var.

Əgər centlmen ola bilmirsənsə, heç olmasa donuz olma.

 Çarlz Bukovskinin


Dünyanı yaxşılığa doğru dəyişə biləcəyinizə inanmıram. Ən azından çalışa bilərik ki, daha pis hala gətirməyək, buna inanıram.

Gününüzü, hətta bütün həyatınızı məhv edəcək biri həmişə tapılacaq.

Mənə elə gəlir ki, içməliyəm. Demək olar ki, hamının içkiyə ehtiyacı var, amma bundan xəbərləri yoxdur.

 


Aytən Məftun