BURA / ORA
Tək barmaqla kitab yazan qadının hekayəsi - VİDEO Tarix : 18 Noyabr 2019, 20:46
Yazar : Qadinkimi.com

Türkiyənin Sakarya şəhərində yaşayan və tək barmağı ilə yazdığı "Qanadı qırıq mələyin qanadına ilişənlər” adlı kitabın müəllifi Rukiyyə Türəyənin bir arzusu var idi; kitabının satışından əldə etdiyi gəlirlə anasına ev ala bilmək. Rukiyyə Türəyən bu xəyalını gerçəkləşdirərək bir çox insana əzmin gücünü göstərib. Hazırda 39 yaşı olan Rukiyyə Türəyənin bu kitabı 2018-ci ildə çap edilib. Rukiyyə yeni kitab üzərində çalışır. Yazmaqla xəyalını gerçəkləşdirməyin mümkün olduğunu deyir. 

Üç aylıq olan zaman keçirdiyi qızdırmalı xəstəlik nəticəsində bədənində işarət barmağı xaricində heç bir yerini hərəkət etdirə bilməyən Türəyənin tək barmağı ilə yazdığı "Qanadı qırıq mələyin qanadına ilişənlər” adlı ilk kitabının 3 ayda 160 min nüsxəsi satılıb. Rukiyyə Türəyən kitabının gəlirinə ev aldığı zaman müsahibəsində bunları deyib: "Anam 38 ildir mənim qayğıma qalır. Ona bir ev ala bilməyin sevincini yaşayıram. Bizə bu işdə kömək edənlərə və dəstəklərini əsirgəməyən oxucularıma çox təşəkkür edirəm”.
 



Anası Fatma Türəyən də qızının əzminin onların ikisini də çox sevindirdiyini söyləyib. Qızının hər zaman ona "Sənə bir ev alacam, illərdir mənim qayğıma qalırsan” dediyini bildirən Türəyən "Böyük əzmlə kitabını nəşr etdirdi. Kitabın satışından əldə etdiyimiz gəlirlə bir ev aldıq. Bu mövzuda bizə kömək edən bütün oxucalara təşəkkür edirəm” fikirlərini səsləndirib.

Rukiyyə Türəyən hazırlıqlarını davam etdirdiyi ikinci kitabının gəliri ilə də reabilitasiya mərkəzi qurmağı planlayır.


qadinkimi.com