İllər əvvəl qadınlar və kişilər arasında "qarşı cincdən olan rəsmilər arasında ən çox kimin imicini bəyənirsiz" sualı ilə sorğu keçirdik. Bu "imic" modelinə bir çox cəhət aid idi. Şəxsin geyim tərzindən, gördüyü işlərdən, cəmiyyətdəki duruşuna kimi hər tərəfli obrazından söhbət gedirdi. Ayrı-ayrı sahələrdən olan əks cinsin nümayəndələri arasında keçirilən gizli sorğuda o, birinci oldu. İllər boyu gördüyü işlərlə bu imici qorudu. İnsanların ümid yerinə çevrildi. Gücü, iradəsi, zəhməti ilə sevgi və sayğı qazandı. Xalq arasında Xanım təxəllüsü ilə tanınan, ziyalı bir nəslin davamçısı olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdü. Biz qadının gücünə inanırıq. Cəmiyyəti və dünyanı qadınların gözəl günlərə aparacağına əminik. Ölkəmizdə çox qadına örnək olan Mehriban xanımı doğum günü münasibəti ilə təbrik edirik. Azərbaycanın uğuru üçün arzuladığı və həyata keçirmək istədiyi bütün böyük işlərdə uğur diləyirik!