BİŞ-DÜŞ, HƏR ŞEY / HEÇ NƏ
Təbii antibiotik Tarix : 25 May 2022, 07:14

Sarımsaq orqanizmin bir çox problemlərinin həllində əvəzsiz rol oynayır. İstər yaşıl, istər quru və turşu halında istifadəsi məsləhətdir.

Onun bir çox faydaları var:


-İmmuniteti qaldırır

-Soyuqdəymələrdə antibiotik rolu oynayır

-Sidik və öd axarlarında daşəmələgəlməsinin qarşısını alır

-Bağırsaq parazitlərinə qarşı əhəmiyyətli vasitədir

-Dəri iltihabında,yaralarında,saç tökülməsinə qarşı effektiv təsiri var.

-Qandurulducu vasitədir

-Damartıxanıqlığının qarşısını alır

-Qanda şəkərin miqdarını və qan təzyiqini tənzimləyən vasitələr hazırlanır.

-Orqanizmi pis xolesterondan təmizləyir, damarların divaralarının elastikliyini artırır və tromb yaranmasının qarşısın alır

-Həkimlər sarımsağın xərçəngə qarşı mübarizə qabiliyyətini təsdiqləyirlər. O, təbii kimya terapiya rolu oynayır.

-Orqanizmin qocalmasının, aterosklerozun və infarktın qarşısın alır.

 


Gündə orta ölçülü 2-3 diş sarımsaq yemək xərçəng hüceyrələrini məhv edir, xəstəliklərə qarşı müalicəvi rol oynayan təbii antibiotikdir.

Profilaktika üçün 1 diş yemək məsləhətdir.

 


Sarımsağın tərkibində mikroelementlərdən K, Se, Mg, B1, B2, B6, C, E vitaminləri vardır. Bişirildikdə keyfiyyətini itirir. Yarıçiy və çiy halda yemək məsləhətdir.

 

Sarımsaq bu il neçəyə olacaq? | ARB Aran

 


Sarımsaqla cəfəri qarışığından geniş istifadə olunur. Bunun üçün iki limon, bir dəstə cəfərini blenderdə əzib qarışığı soyuducuda saxlayın. Hər səhər bu kürüdən bir qaşıq ilıq suda həll edib içə bilərsiz. Mədə -bağırsağında qastrit, yara olan şəxslərə məsləhət deyil.Şəkərli diabet və hipertonik xəstələrə çox faydalıdır.Bədən ödemləri gedir, çəki azalır.


Həmçinin 40 diş sarımsağı əzib 8 stəkan (2 litr) qabığı təmizlənmiş və sıxılmış limon suyuna əlavə edib qarışdırmaq və qaranlıq yerdə 21 gün saxlamaq gərək. Hər gün bu qarışımı ən azı 1-2 dəfə çalxalayıb qarışdırmaq lazımdır. Sarımsaq tamam əriyəcək. Süzüb hər səhər ½ stəkan ac qarına, yeməkdən 20-30 dəqiqə qabaq için. Mədə-bağırsaq problemi və aşağı təzyiqi olanlara məsləhət deyil.

Evlərinizdən ta qədim zamanlardan insanların istifadə etdiyitəbii antibiotiki əskik etməyin.

 

 

Camalə İbrahimova

 

qadinkimi.com