Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, LGBT nümayəndələri "Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.
Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.
Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tbilisidə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.
Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb. Aksiya zamanı 4 nəfər saxlanılıb.
Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib.
qadinkimi.com