BURA / ORA
Taylor Svift: Qadınlar inkubator deyil, bundan daha artıqdırlar! Tarix : 09 Dekabr 2019, 13:35
Yazar : Qadinkimi.com
Dekabrın 13-də 30 yaşını qeyd etməyə hazırlaşan amerikalı müğənni Taylor Svift qadınlara yüklənən cinsiyyətçi qəlibləri "Biz inkubator deyilik” deyərək tənqid edib. 

"People” jurnalı tərəfindən "İlin insanı” seçilən 4 nəfərdən biri olan Taylor Svift jurnala verdiyi müsahibəsində qadınlar haqqındakı sosial qəlibləri tənqid edib. 
 
 

Evlilik və uşaq problemləri ilə bağlı fikirlərini ifadə edərkən qadınların ilk növbədə özlərinə güvənmələrinin vacibliyini vurğulayan Svift bunları deyib: 

Qadınlar sosial mühitlərdə narazılıqlarını nə qədər çox dilə gətirsələr, problem daha tez həllini tapar. Məsələn, bir ziyafətdə hələ 25 yaşı yeni tamam olmuş birinə "Nə vaxt evlənirsən?” kimi sual verən insanların davranışları ayıblansa, bu, getdikcə bir sosial qaydaya çevriləcək. Məşhur ulduz bunun hər iki tərəf üçün də bir az zaman alacağını, amma işə yarayacağını düşünür: "Bunu söyləməyə haqqımızın olması gözəl bir şeydi. Bunu bilsinlər istəyirəm, biz inkubator deyilik, bundan daha artığıq. Məhz qadın olduğu 20-30 yaş arasında olan bir insandan bunu soruşmağa haqqınız yoxdu”. 

Bundan əlavə, Taylor Svift yaş artımının qorxulu və ya utanılası bir hal olmadığını açıq-açıq ifadə edən insanlara heyran olduğun da söyləyib: "Yaş artımının bütün mövzulardan kənarda qalmaq, ölümə və çürüməyə doğru ağır addımlarla gedilən bir yürüş olmadığı həqiqətini müdafiə edənlərin var olmasını sevirəm”.
 


30 yaşlı Taylor Svift əvvəllər bir müsahibəsində ona verilən "30 yaşınıza az qalıb. Ana olmağı düşünürsünüzmü? sualını cinsiyyətçi olduğunu düşündüyü üçün cavablamamışdı. Svift "Kişilərə 20 yaşına çatdıqlarında bu sualın verildiyini düşünmürəm. Buna görə də bu sualı cavablandırmayacam” demişdi. 
 
 

Mənbə: haberturk.com
qadinkimi.com