BURA / ORA
Tavanı yanan tarixi Notr Dam kilsəsində Napoleon dövründən bu yana ilk dəfə Milad mərasimi keçirilmir Tarix : 26 Dekabr 2019, 12:29
Yazar : Qadinkimi.com
Fransanın paytaxtı Parisdəki tarixi Notr Dam katedralında baş verən yanğından sonra Milad mərasimi 200 ildən çox müddətdə ilk dəfə keçirilməyəcəkdir.

Paris yeparxiyasının katibi  Reuters-ə bildirib ki, Napoleon dövründən (1803) bəri Milad mərasimləri zamanı ətrafında böyük kütlələr toplanan Notr-Dam kilsəsində təhlükəsizlik səbəbiylə bu il mərasim keçirilməyəcək.
 


Ən son Fransız İnqilabı zamanı heç bir mərasim keçirilməyib.

Notr Damda ən son Fransız İnqilabı dövründə mərasim keçirilmədiyini bildirən katedralın üst səviyyə inzibati din xadimi Patrick Chauvet açıqlamasında "Bu çox kədərli bir haldır. Ancaq səbrli olaq. Bərpa tam sürətlə davam edir. Dörd il daha var"... deyib.

Katedral rəhbərliyi, dindarları Parisin ən qədim kilsələrindən biri olan Saint-Germain l'Auxerroisdə Milad mərasimində iştirak etməyə dəvət edib.

856 illik tarix yandı

Xatırladaq ki, bərpa işləri zamanı 15 apreldə başlayan yanğın, hər il 13 milyon insanın ziyarət etdiyi 856 yaşlı katedralın taxta tavanının tamamilə yanmasına səbəb olmuşdu.

Yanğından sonra katedralın yenidən bərpası üçün başladılan kampaniyaya 1 milyard avrodan çox vəsaitin toplandığı təxmin edilir.


Paris Prokuroru Remy Heitz yanğınla əlaqədar qəza ehtimalının üzərində durduqlarını, heç bir sabotajın olmadığını açıqlayıb.
 
qadinkimi.com