SƏNƏT
Sözlə görüş keçirildi Tarix : 27 Aprel 2024, 13:42

Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Şair isə bir başqa aləmdir. Böyük söz xəzinəsi olan insandır. Əgər insanda şair ruhu varsa, ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.

 

Bir 5 nəfər şəkili ola bilər

 

 

25 aprel tarixində 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şair,pedaqoq,publisist Xatirə Rəhimbəylinin "Bir sözüm var ürəyimdə" adlı yaradıcılıq gecəsi keçirildi.Mərkəzin şöbə müdiri Nuranə Novruzovanın aparıcılığı ilə idarə olunan tədbirdə fəxri qonaq olaraq Azərbaycan Respublikasının xalq artisti,Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, sevimli şairə Kəmalə Abiyeva, filologiya elmləri doktoru Əminə İbrahimli, polkovniklər Əlisəfa Mehdiyev, İbrahim Rüstəmli, şairlər Vasif Süleyman, Faiq Balabəyli, Əbülfəz Əhməd, eləcə də oxucular, poeziya sevərlər iştirak edirdi.

Bir 4 nəfər şəkili ola bilər


 

 

Mərkəzin direktoru Ziyat Nəbiyevin çıxışı ilə açılan tədbirdə şairə bir sıra suallara cavab verd.

 

Mərkəzin bədii qiraət, məktəb teatrı və musiqisevərlər dərnəyinin üzvlərinin ifasında maraqlı şeirlər, sözlərinə bəstələnmiş mahnılar səsləndirildi, şairənin qələmə aldığı "Ana" dramından kiçik parça nümayiş olundu.

Sonda iştirakçılarla birgə xatirə şəkli çəkildi.


 Bir 16 nəfər, platforma və mətn şəkili ola bilər

 

 

 


Nuranə Novruzova

qadinkimi.com