Yay susuzluğunun canı sərin içkidir. Ən yaxşı içki isə meyvə-tərəvəzlərdən hazırlanır. Belə içki həm susuzluğu tez yatırır, həm də orqanizmi vitaminlə zənginləşdirir. Belə bir neçə resepti sizə təqdim edirik.
Çiyələk yuyulub təmizlənir və boşqaba şəkər tozu tökülür. 30-60 dəqiqə ağzıörtülü vəziyyətdə saxlanılır. Və sonra süzgəcdən keçirilib, soyuq südlə yaxşı-yaxşı qarışdırılır. 1-2 çay qaşığı limon şirəsi əlavə edilib soyuducuya qoyulur.
Gilas süzgəcdən keçirilir. Həmin püreyə bal, soyuq süd əlavə edilir, yaxşı qarışdırıldıqdan sonra soyuducuya qoyulur. Və istidən gələnə verilir. Əlbəttə ki, o da bir stəkanla doymur. İçkilərin hazırlanmasında meyvənin çəkisini vermirik, çünki gözümüz ən yaxşı tərəzidir.
Yarım fincan çiyələk, bir banan, 180 gr yogurt, 200 gr süd. Meyvələri çəngəllə əzib ara-sıra yogurt və süd əlavə etməklə qarışdırın. Mikserlə 3 dəqiqə qarışdırın. Darçın səpin.
qadinkimi.com