BURA / ORA
SUDAN tarixində ilk - Qadını edam, daşqalaq, qamçılama ləğv edildi Tarix : 04 Dekabr 2019, 14:05

Sudanda qadınların qamçılanması, daşqalaq və edam edilməsinə icazə verən qanun ləğv edilib

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir dövründə qadınların davranışlarına nəzarət etmək üçün istifadə edilən bir çox ictimai asayiş qanunları artıq ləğv edilib. Qadağan olunmuş fəaliyyətlərə qadınların küçədə satıcılıqla məşğul olması,

 həyat yoldaşı və ya qohumlarından başqa kişilərlə dostluq etməsi və baş açıq gəzməsi daxil idi.


Qadağanı pozanlar həbs, döyülmə, cərimənadir hallarda isə ölüm və daşqalaqla cəzalandırılırdılar


Ölkənin müvəqqəti prezidenti Abdullah Hamduk Tvitterdə bu qərarı təqdir etdiyini bildirib:


"Keçid hökuməti tərəfindən  "İctimai asayiş haqqında" qanunun ləğvi mənə etirazların birində divara qalxmağa çalışan gəncin arxasında dayanan cəsur bir gənc qadının obrazını xatırladır. O an gənc qızın oğlana atəş xəttindən keçməyə kömək etməsi əsla məğlub edilməyəcək nəslin zəfərinin əlamətiydiBir çoxu bu qanunu maddi və psixoloji istismar üçün istifadə edirdi. Bu müddətdə bir çox qadın və kişi saysız-hesabsız zərərlərə məruz qaldı.   Bu qanunun ləğvini təqiblərə dözən hər kəsə həsr edirəm".

 


1989-cu ildən iqtidarda olan Bəşir bütün ölkədə baş qaldıran etirazların nəticəsində aprel ayında devrildi. O, hələ də həbsdədir. Sudanda nümayişlər keçən dekabrda müxtəlif problemlərlə yanaşı, çörəyin qiymətinin üç qat artması və içində pul olmayan ATM-lərə etiraz olaraq başlamışdı.

 

 

Hökumət əleyhinə olan etirazların birində maşının üstünə çıxan bir qadının cürətli etirazı bütün dünyada sosial media yayılmışdı. Sudanın paytaxtı Xartumda çəkilmiş bu foto ölkənin qadınları üçün bir dirəniş simvoluna çevrildi. Sözügedən fotoda 22 yaşlı Alaa Salah izdihama sloqan söyləyir və hər kəs onun dediklərini təkrarlayırdı.

 

qadinkimi.com