BURA / ORA, UŞAQ / BÖYÜK
Stereotipləri qıran ata və qızın baleti Tarix : 15 Noyabr 2019, 13:27
[video=http://| ]

Filadelfiyada bir rəqs məktəbinin rəhbəri Erin Linin bazar günü sosial mediaya yüklədiyi video böyük marağa səbəb olub. Minlərlə istifadəçinin izlədiyi və paylaşdığı videodakı görüntülər çox təqdir edilib. Videoda qızları ilə baletə gəlib onlarla birgə rəqs edən ataların görüntüləri yer alıb. 

Məktəb rəhbəri BBC-yə verdiyi müsahibədə bildirib ki, videonun bu qədər marağa səbəb olması onun üçün çox sevindirici haldı: "Atalarımıza ilk baxdığınızda birinin qoluna tatoo etdirdiyini, birinin papağını tərsinə taxdığını görürsünüz və ağlınıza qərəzli fikirlər gələ bilər. Bəlkə də onların yaxşı ata olmalarına da şübhə edirsiniz. Amma bu, belə deyil. İnsanların bu cür qərəzli düşüncələrini bir az da olsa dəyişdirmək üçün ata və qızların birgə balet oynaması fikrini həqiqətən faydalı hesab edirəm”. 

Lee ataların qızlarının rəqslərində həvəsli olduqlarından və seçmə oyunlarında çox fəallıq göstərdiklərindən ilhamlanaraq bu fikrə gəldiyini deyir:
"Bu fikri atalara iki il əvvəl təklif etmişdim. Qərarsız idilər. Artıq iki il keçib, indi çox həvəslidirlər. Açığı bu qədər yaxşı olacağını gözləmirdim. 
Müəllimə atalarını yanlarında görən qızların "tam liderlik əhvalında” olduğunu da vurğulayır: "Ataları burda olduğu üçün çox həyəcanlanırdılar. Təbii ki, baletdə atalarından daha çox bilgiyə sahibdirlər. Buna görə də bəzən özlərini təlimçi kimi hiss edirlər. Məsələn, atasına ayağını necə düz qoymaq lazım olduğunu izah edir. Bu, həqiqətən çox faydalıdır”.

Ata-qız baleti məktəbdə hər ilin noyabr ayında bir aylıq nəzərdə tutulmuş xüsusi fəaliyyət dərslərinin bir hissəsidir: "Hər il noyabr ayında bu fəaliyyət dərsləri təşkil edilir. Tək ata ilə deyil, bunu analarla da etmişik. Bunda əsas məqsəd evdən kənarda da ailə dəyərlərini möhkəmləndirməkdir”.

Qızı ilə baletə gələn atalardan biri Good Morning America (Sabahın xeyir Amerika) saytına belə deyib: "Mənim burda qızıma aşıladığım duyğu budur: Sən yaşamalısan və daima yeni şeylər sınamalısan”. O, eyni zamanda qızının yanında olduğu və ona dəstək verdiyi üçün çox xöşbəxt olduğunu da bildirib.
Ata və qızların balet videosu amerikalı aktrisa Jennifer Garner də daxil olmaqla bir çox məşhur tərəfindən təqdir edilib və paylaşılıb.  

bbc.com

qadinkimi.com