BURA / ORA
Soydaşımız Hədis Nəcəfi İrandakı etirazlarda güllələnərək qətlə yetirilib - FOTO/VIDEO Tarix : 26 Sentyabr 2022, 12:25
Yazar : Qadinkimi.com
Soydaşımız Hədis Nəcəfi İranda davam edən etirazlar zamanı güllələnərək qətlə yetirilib.
 

Güney Azərbaycanın Kərəc şəhərində soydaşımız Hədis Nəcəfi İran polisləri tərəfindən güllələnərək öldürülüb. İlkin məlumatlara görə 20 yaşlı Nəcəfiyə 6 dəfə atəş açılıb. Gənc qız üz, sinə, boyun, qol və ürək nahiyəsindən aldığı yaralardan vəfat edib.
 

Bacısı Şirin xanımın verdiyi məlumata görə Hədis 3 gün öncə öldürülsə də, ailəsindən gizlədilib. Şirin xanım həmçinin bacısının 10 güllə ilə öldürüldüyünü deyib.
 

Qeyd edək ki, Hədis Nəcəfi əxlaq polisi idarəsində qətlə yetirilən Məhsa Əmininin ölümündən sonra etiraz aksiyalarına qatılan, nümayişlərə çıxan iranlı qadınlar arasında ən fəallardan biri idi. O keçirilən etiraz aksiyalarının canlı simvolu sayılırdı.

Hədis Nəcəfinin güllələnmədən bir neçə dəqiqə öncə dostları tərəfindən çəkilmiş saçını toplayaraq aksiyaya hazırlaşdığı videogörüntüsü sosial mediada gündəm olub. 
 

Hazırda protestlər zamanı polis qurbanı olanların sayının 54-ə çatdığı bildirilir. Bunların əksəriyyəti qadındır.
 

Etiraz və iğtişaşlar davam edir...




 qadinkimi.com