İsveçin hazırda müxalifət lideri, İsveç Sosial Demokrat Partiyasının sədri və ölkənin baş nazir müavini olmuş Mona Sahlin bir gün evə gedərkən marketdən alış-veriş edir. Kassaya yaxınlaşarkən gözü marketin çıxışındakı piramida formasında olan, içi badamlı məşhur "Toblerone” şokoladlarına sataşır. Canı çəkir və 10 avroya olan bu şokoladdan iki ədəd alır.
Kartını çıxarıb ödəniş edir. Bir neçə həftə sonra Maliyyə Nazirliyinin müfəttişləri qapısını döyürlər və onun haqqında istintaq işi başlandığını bildirirlər.
Səbəbi isə xanım Sahlinin şokoladın pulunu ödəyərkən dövlət xərcləri üçün verilən kredit kartından istifadə etməsi idi. Beləliklə, hadisə dünya tarixinə "Tobleron istintaqı” olaraq düşür.
Dəfələrlə məhkəmə qarşısına çıxan xanım Sahlin bir anlıq dalğınlıqdan çaşıb öz kredit kartı əvəzinə dövlətin kartından istifadə etdiyini və bunu bilərək etmədiyini, məqsədinin büdcəyə zərər vurmaq olmadığını bildirir.
Məhkəmə onun lehinə qərar çıxarsa da, Mona Sahlin tutduğu vəzifədən istefa verir. Siyasətdən 3 illik uzaqlaşır və 1998-ci ildə geri dönür və 2002-ci ildə İsveçin Gender Bərabərliyi Məsələləri üzrə naziri olur.
qadinkimi.com